Ermənistan təhlükəsizlik siyasətini Rusiya ilə hərbi-siyasi əməkdaşlıq üzərində qurub
“Erməsintan 1991-ci ildə müstəqilliyini elan ettikdən sonra təhlükəsizlik siyasətini Rusiya ilə hərbi siyasi əməkdaşlıq üzərində qurub.
18 Avqust 2020 11:57 Siyasət"Erməsintan 1991-ci ildə müstəqilliyini elan ettikdən sonra təhlükəsizlik siyasətini Rusiya ilə hərbi siyasi əməkdaşlıq üzərində qurub. Bunun bariz nümunəsi kimi hal-hazırda Ermənistanın ərazisində Rusiyanın 102-ci hərbi bazasının fəaliyyət göstərməsini vurğulumaq olar". Bunu "Olaylar"a deyən Nəsimi rayon təhsil işçisi Rəsmiyyə Fərzəliyevanın sözlərinə görə, Ermənistan bu günə qədər KTMT-yə üzv olan Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan kimi MDB ölkələri ilə hərbi-siyasi əlaqələrini inkişaf edtirməyə çalışır, lakin bu əməkdaşlıqların heç biri Rusiya ilə mövcud olan əməkdaşlıq qədər uğurlu olmamışdır: "Ermənistan rəhbərliyinin sərhəddə hərbi təxribata əvvəldən hazırlandığını göstərən digər bir fakt da döyüşdən bir neçə gün əvvəl Ermənistanın Serbiyadan çoxlu sayda silah-sursat almasıdır. Serbiyanın bu hərəkəti Azərbaycanda narahatlığa səbəb oldu. Azərbaycan Ermənistan sərhəddi Tovuz rayonu istiqamətində iyul ayının 12-də Ermənistanın atəşkəsi pozub. Bu barədə prezident İlham Əliyev Vladimir Putinə zəng edib məlumat verib. Atəşkəs pozulmasından bir neçə gün sonra avqust ayının 4-ə qədər Rusiyadan Ermənistana təyyarə ilə 7 reys silah daşınıb. Sərhəd xəttində baş vermiş toqquşmalar bitdikdən sonra, yəni iyul ayının 17-dən bu günə kimi Rusiyadan Ermənistana hərbi vəsaitlərin davamlı olaraq daşınması Azərbaycan xalqının narahatlığına və ictimaiyyət içərisində ciddi suallar doğurduğuna dair məlumatı telefon danışığı zamanı Prezident İlham Əliyev Rusiya Prezidenti Vladimir Putinin diqqətinə çatdırmışdır. Bundan əlavə dövlətimizin başçısı Tovuz döyüşləri zamanı Azərbaycan Respublikası Silahlı Qüvvələrinin biri general-mayor olmaqla on iki hərbi qulluqçusunun şəhid və Azərbaycan Respublikasının bir mülki vətəndaşının həlak olduğunu bildirmişdir. Prezident İlham Əliyev Ermənistanın bu hərbi hücumunun əsas məqsədinin 3-cü tərəfləri bu münaqişəyə cəlb etmək olduğunu qeyd etmişdir. Təkcə bu fakt prezident İlham Əliyevin daim Azərbaycan xalqının və dövlətinin maraqlarını müdafiə etdiyinin bariz nümunəsidir".