İrəvan Qarabağı qaytarmalıdır, yoxsa... – Daniyelyan
12 Avqust 2020 17:44 SiyasətErmənilər torpağları geri qaytarmasa, Azərbaycan onu hərbi yolla alacaq. Nikol Paşinyan Ermənistan silahlı qüvvələrindəki vəziyyətə nəzarət edə bilmir. Məhz bu səbəbdən onu hakimiyyətə gətirən qüvvələr öz fəaliyyətlərində bəzi dəyişikliklər etməyə məcbur olublar.
Bu fikirləri politoloq Artur Daniyelyan "Obzor" siyasi tok-şousunda səsləndirib.
"Amulsar mədəninin istismarı probleminə gəlincə, bu, Qərbin Nikol Paşinyanı "küncə sıxmaq" cəhdidir. Artıq Paşinyan həm Qarabağ məsələsində, həm də mədən problemində güzəştə getməli olacaq.
Paşinyan Amulsar mədəninin istismarına icazə verməsə, onun təhlükəsizlik problemləri yaranacaq, çünki metodlarında heç bir məhdudiyyəti olmayan Sasna Çrer qruplaşması terror aktlarını davam etdirəcək.
Bu da onu göstərir ki, Paşinyanın sonu yaxınlaşır", - erməni politoloq bildirib.
axar.az