Nazir Türkiyə səfiri ilə görüşüb

Avqustun 12-də Təhsil naziri Emin Əmrullayev Türkiyə Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral ilə görüşüb.

Olaylar.az bildirir ki, görüşdə Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında təhsil sahəsində əlaqələrin cari vəziyyəti və gələcək əməkdaşlıq perspektivləri müzakirə edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31