Belarus mətbuatı: Lukaşenko Türkiyəyə qaçıb- ŞOK İTTİHAM
10 Avqust 2020 11:48 SiyasətSeçkilərin nəticələrinə görə, hazırki Belarus prezidenti Aleksandr Lukaşenko dünən seçki məntəqəsində səsvermədən sonra hələ də ictimaiyyət qarşısına çıxmayıb.
KONKRET.az xəbər verir ki, Belarus mətbuatı onun Minskdən getdiyini iddia edib.
Hətta NEXTA Teleqram kanalı Lukaşenkonun EW-301PJ bort nömrəli təyyarəsinin Minski tərk etdiyini bildirib.
Mətbuatın yazdığına görə, təyyarənin eniş nöqtəsi Türkiyənin Bodrum Milas hava limanı olub. Belarus Prezidentinin təyyarəsinin Bodruma Ukrayna, Rumıniya, Bolqarıstan üzərindən keçməklə uçduğu qeyd olunub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31