Ermənilərə qadağan olundu - Bu ərazilərə getmək olmaz
7 Avqust 2020 13:23 SiyasətErmənistanda hökumət rəsmiləri, vəzifəli şəxslər, ictimai xadim və iş adamlarının Azərbaycanla sərhəddə yerləşən bölgələrə səfəri qadağan olunub.
Publika.az Ermənistan mediasına istinadən xəbər verir ki, bu barədə Ermənistan silahlı qüvvələrinin baş qərargahı qərar qəbul edib.
Bildirilib ki, iyun ayında sərhəd xəttində baş verən döyüşlərə görə bu addım atılıb.
2016-cı ilin aprelində əraziyə getməyə və əsgərlərlə görüşə icazə verilsə də, hazırda bu halların qarşısı alınır. Lakin ordu bu qərarı koronavirus pandemiyasına qarşı mübarizəyə aid edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31