Dövlət orqanları və cəmiyyət birlik gõstərməlidir

Tarixən belə olub. Azərbaycanla Türkiyə arasında münasibətlər hər ötən gün inkişaf etdikcə, iki qardaş ölkə arasında münasibətlər ən üst səviyyəyə gəlib çatdıqca, istər Azərbaycanın daxilində, istərsə də ondan kənarda olan bəzi qüvvələr, bəzi fərdlər və qruplar dərhal Türkiyəyə qarşı müxtəlif vasitələrdən istifadə etməklə hücuma keçib, antitürk mövqeyini açıq şəkildə ortaya qoyublar. Bu günlərdə Azərbaycanda iki qardaş ölkənin silahlı qüvvələrinin həyata keçirdiyi birgə hərbi təlimlər zamanı da bunu müşahidə etdik. Müxtəlif üsul və vasitələrdən istifadə edilməklə Türk əsgərini, eyni zamanda Türkiyəni aşağılamağa cəhd göstərildi. Bu aşağılamağa cəhdlər  təkcə sosial şəbəkələr deyil, eləcə də mediada da özünü göstərdi.  Maraqlı məqam ondan ibarətdir ki, antitürk düşmənləri əsasən bu təxribatçı əməllərini Azərbaycanda yaşayan etnik xalqların adından həyata keçirməyə başladılar. Məqsəd isə aydındır. Azərbaycan cəmiyyətində etniklərə qarşı mənfi rəy formalaşdırmaq, ölkədə etnik zəmin qarşıdurma yaratmaq. Ancaq sevindirici hal ondan ibarətdir ki, Azərbaycan cəmiyyəti də bunun bir təxribat olduğunun fərqindədir. Cəmiyyət məkrli qüvvələrin planlarını aydın şəkildə bildiyi üçün bu təxribatlara getmir.

İctimai Tədqiqatlar Mərkəzinin rəhbəri İlqar Altay bu kimi mənfi tendensiyanı sərt şəkildə tənqid etməklə yanaşı, hesab edir ki, hüquq-mühafizə orqanları həmin təxribatçı dairələri müəyyən edib onlar barədə müvafiq ölçü götürməlidir:  "Qardaş türk ordusunun gəlişinə, erməni düşmənləri kimi nifrət! Neçə ki, 1918-də dõvlət qurmaq, bu xalqı rus-bolşevik erməni-daşnak genosidindən xilasa gələn Türk Ordusunu işğalçı adlandırırlar. Ermənilər isə, rus ordusunun ayağına gül səpirdi. Bu nədir, bu yaramaz antiazərbaycan gədələrini, şəbəkələrini bu õlkədə, bu qədər irəli buraxmaq suçu bizim dõvlətdəmi, xalqdadırmı? Xeyir, yox. Xalqlı, dõvlətli bu qədərmi zəif acizik? Əsla yox! Bu yaramaz ünsürlər belə cürəti haradan alırlar? Səbəb nədir, bəs? Səbəb, müstəqillik əldə edən gündən bəri, talenin bu nemətini, burnumuzdan tõküb, bizi çõkəyə salan "Bermud üçbucağıdır", Rusiya-Ìran-Ermənistan üçlüyü. Ìndiyədək plana gõrə Azərbaycanı hərtərəfli sıxıb, nəfəs çəkmək imkanı verməmək üçün bõlgü sxemləri bu olub". İlqar Altay deyib ki, hõkumət sektorunda Rusiya, cəmiyyət sektoru içində İran və ərazimiz içində isə Ermənistan at oynadıb: "Hərəsi õz gücünü konkret sahəsi üzrə yõnəldib. Ìranın vəzifəsi dindən, fars kõkəndən, tarixi səfəvilikdən, tarixi qonşuluq əlaqələr və s. istifadə etməklə, cəmiyyətin, xalqın içinə nüfuz hesabına, ictimai şüuru yuma, yõnəltmə olub. Odur ki, ictimai sektora, sosial şəbəkələrə hətta mediaya nüfuz ediblər, əllərindən də tərpənmək olmur. Hədəfləri Azərbaycan dõvlətçiyi və onun əsasları, xalqın birlik vahidliyi, xalqın çoxluğunu təşkil edən türk milli ruhu, Türkiyə, türkçülükdür. Və həm də cəhalət, xurafat yayıb xalq-cəmiyyət şüurunun geriləmə deformasiyasına nail olmaqdır. O qədər ictimai təsir gücünə malikdilər ki hətta Azərbaycandakı dini zəminli təxribatlar ssenari mūəllifi, õlkədəki radikal-dini ekstremist şəbəkə və cərəyanların baş komandanı, İran generalı K. Suleymanini qəhrəman kimi sırıyıb, ağlaşmalar qurdurub, şəkilini profillərə vurdurdular. Və bütün bu, İmam Hüseyn, Şah İsmayıl, yaxud da xeyriyyəçi Mübariz Mənsimov adlar, şəkilləri s. arxasında gizlənib, õz təbliğatlarını aparırlar.. Ìcraçıları da, bir sıra, iranyõnlü dindar, separatçı etnik, İran-fars əsilli, hətta, beyni yuyulmuş türk mənşəli õlkə vətəndaşlarımızdı. Bax, belə miskin gündə olmuşuq biz. Amma artıq buz sınıb, qəfəs qırılıb, xalq oyanıb, dõvlət qətiləşib. Təmizlik açıq deyək, son 2 ildə, bizim Prezidentin hõkumətiçi təmizlik etmə qətiyyətindən başladı. Son aylarda ordumuz da ərazi sektorumuzda at oynadanlara, erməni işğalçılara qarşı xeyli güclənib. Əlbəttə, bu işlərdə Azərbaycanın varlıq və mõhkəmliyini istəyən qardaş Türkiyə və digər dost dõvlətlərin hər tərəfli dəstəyi də, olmamış deyil. Qalır, Ìranın at oynatdığı ictimai sektor. Burada biz bir qədər geriyik. Cəmiyyəti hələ də istədikləri təxribatlı tərəfə yõnəldə bilirlər. Məsələn, 2-3 ay hõkumət və biz ekspertlər dedik ki, koronavirus var və təhlükəlidir, õzünüzü qoruyun. Bu iranyõnlü şəbəkə təxribatçıları isə, gecə-gündüz çalışıb camaatın virus varlığına inamını qırdılar. Niyə? Yoluxan, xəstə, õlüm sayı çoxalsın və õlkə iflic olub çõksün. Bu, ictimai ziyankar və təxribatçılara qarşı nə etməli? Bu məsələ, əməlləri dõvlətçiliyə qarşı və xalqın birliyini pozucu, təfriqəçilik olarsa xüsusi xidmət orqanlarının işidir. Cəmiyyətin də dəstək, kõməyi ilə. Əgər, əməl, ictimai sabitliyə qarşı və ya iğtişaş xarakterli, ya da xətalı ictimai və fərdi ziyankar xarakterli olsa belə. Bu polis orqanlarının cəzası və xalq cəmiyyət, vətənpərvər kəsimin qınaq və təzyiqi ilə həll oluna bilər. Əlqərəz, bu məsələdə dõvlət orqanları və cəmiyyət birlik gõstərməlidir".

Mərkəz rəhbəri qeyd edib ki, sosial şəbəkələrdə dõvlətə, cəmiyyətə və hətta bir fərdə-vətəndaşa  təhdid,  təzyiq, həqarəti keçmək olmaz: "Və hüquq-mühafizə orqanlarına məlumat verilməlidir. Ümumiyyətlə, düşünürəm ki, DTX, polis və prokurorluq orqanlarının sosial şəbəkələrdəki hadisələr, problemlər, şikayətlərə reaksiya üçün ayrılmış xüsusi qaynar xətti olsa, yaxşı olardı. Ümumiyyətlə, ictimai məkanı, həm də, sosial şəbəkələri, dövlət və cəmiyyətimiz õz nəzarətinə gõtürməli, burada at oynadan ziyanlı təxribatçıların kõkü kəsilməlidir. Bu cür getməz. Biz, bu yeni milli azad müstəqil yolumuzda tam ümummilli-bir olaraq, torpağımızı ermənilərdən təmizləyəcəyimiz kimi, hõkumətimizi də xainlər və talançı məmurlardan, cəmiyyətimizi də xain, satqın və antivətən ünsürlərdən təmizləməliyik. Xalqın və dõvlətin birliyi, qətiyyəti və iradəsi ilə".

Məhəmməd

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31