MM-in gündəliyi açıqlandı

Milli Məclisin aprelin 7-də keçiriləcək plenar iclasının gündəliyi məlum olub. Bu barədə Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu deyib. Onun sözlərinə görə, iclasın gündəliyinə 5 məsələ daxildir: "Bunlar Milli Məclis deputatının statusu, Milli Məclisin Daxili Nizamnaməsi və digər məsələlərlə bağlı qanunlara dəyişiklik layihələridir".

Aprelin 7-də keçiriləcək Milli Məclisin plenar iclasında Nazirlər Kabinetinin 2019-cu il üzrə hesabatı da müzakirəyə çıxarılacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31