“Aprel döyüşləri zəfər tariximizdir”
2 Aprel 2020 14:54 Siyasət"Aprel döyüşləri xalqın tarixinə yazılmış zəfər tarixidir. Aprel döyüşləri ölkəmizin işğal olunan torpaqlarımızı geri alacaq gücə malik olduğunu sübut etdi. Yanlız ölkənin xarici siyasəti məsələnin sülh yolu ilə həll olunmağını tələb edir. Əgər 20-ci əsrin sonunda bu tarixlərdə bəzi torpaqlarımızı itirmişdiksə, 21-ci əsrdə torpaqlarımızı geri alırıq. Aprel bizim üçün şərəfli tarixdir. Aprel zəfər bayramıdır. Çoxlu sayda torpağa tapşırılan şəhid ruhu, xalqımızı daim zəfər bayramınızı qeyd etməyə sövq edəcəkdir. 4 il bundan əvvəl baş vermiş tarix ölkəmizin qüdrətini bütün MDB, eləcədə beynəlxalq əlaqələrdə sübut etdi".
Bu fikirləri Olaylar.az-a siyasi ekspert Əli Miriyev deyib.
O bildirib ki, döyüşlər erməni qəsbkarlarının ölkəmizə qarşı sərhəddə atəşkəsi pozması ilə başlamışdır: "Qəhrəman əsgərlərimizin əzmkarlığı sayəsində şanlı qələbə bizim oldu. Döyüşlər zamanı Azərbaycan ordusu da ermənilərin mövqelərinə cavab zərbələri endirib, 2000 hektardan artıq ərazi işğalçılardan təmizlənib. Goranboy rayonu və Naftalan şəhərinə təhlükə yarada biləcək Talış kəndi ətrafındakı yüksəkliklər, eləcə də Seysulan məntəqəsi düşmən qüvvələrindən tam azad edilib. Horadiz şəhərinin düşmən təhlükəsindən qorunması məqsədilə Füzuli rayonu istiqamətində yerləşən, geniş ərazini nəzarətdə saxlamaq imkanı verən strateji əhəmiyyətli "Lələ təpə" adlandırılan yüksəkliyə Azərbaycan ordusu dövlət bayrağını sancıb. Xüsusilə Cocuq Mərcanlı düşmən tapdağı altından qurtarılmışdır. Bütün bunlar ordumuzun qüdrətini, ölkə siyasətini bəyan edir".
Ə. Miriyev qeyd edib ki, aprel tarixində torpağa tapşırılan şəhidlərimiz xalqımız tərəfindən böyük izdihamla qarşılanmışdır: "İnsanlarımız şəhidlərimizi özləri torpağa tapşırmışdır. Bu bir mesajdır. Biz şəhidimizə sahib çıxdığımız kimi, vətənimizə də sahib çıxan xalqıq. Tarix boyunca, daima mübarizə aparan, daim müstəqilliyi üçün çalışan xalqımız, onun övladları 5 günlük mübarizədə özünü yenidən təstiq etmişdir. Vətən müstəqildirsə, şəhidi sağolsun. Şəhid varsa vətən sağolsun".