Qondarma rejimdə keçirilən seçkilər heç bir ölkə tərəfindən tanınmır

"Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistanın keçirdiyi qondarma seçkilər birmənalı şəkildə heç bir dövlət tərəfindən tanınmır. Bununla bağlı verilən bəyanatlar, prinsipial yanaşmalar bir daha göstirir ki, dünya birliyi konkret olaraq işğala və separatizmə qarşıdır". "OLAYLAR" xəbər verir ki, bu fikirləri politoloq Məhəmməd Əsədullazadə səsləndirib. O, qeyd edib ki, Qarabağda qondarma seçkilərlə bağlı Türkiyə və Ukraynadan verilən bəyanatlar Azərbaycanın ən yaxın tərəfdaşı olduğunu göstərdi: "Qeyd edim ki, ATƏT-ın Minsk qrupunun verdiyi bəyanat sadəcə diplomatik yanaşma idi və burada ortaq mövqeyin sərgilənməsi başa düşülən deyildi. Halbuki, Minsk qrupununun bəyanatı belə bir seçkilərin keçirilməsinə qarşı olduğunu bildirməli idi. İşğala məruz qalanla, işğalçı ölkəni eyni mövqedə təqdim etməklə bu formatdan ədalət gözləməyə dəyməz".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31