Azərbaycan bu sınaqdan üzüağ çıxacaq
31 Mart 2020 21:35 SiyasətTahir Mirkişili: "Dövlətimiz daha da güclənəcək, iqtisadiyyatımız daha dayanıqlı olacaq, insan kapitalının və innovasiyaların rolu daha da artacaqdır"
Dünyanı cənginə alan, bəşəriyyəti ciddi şəkildə təhlükə qarşısında qoyan koronavirus pandemiyası təkcə can almaqla kifayətlənmir, dünyanın super gücləri daxil olmaqla hər bir ölkənin iqtisadiyyatına ciddi zərbə vurur, onu geri salır. Ölkələr arasında əlaqələrin qırılması, bütün marşrutlar üzrə gediş-gəlişin dayandırılması, qarşılıqlı turist səfərlərinin ləğvi, eləcə də digər bu kimi amillər hər bir ölkənin iqtisadiyyatına öz mənfi təsirini göstərir. Azərbaycan da dünyanın bir parçası, sivil cəmiyyətin bir üzvü olduğu üçün bütün bu risqlərdən, təhlükələrdən sığortalanmayıb və istər koronavirus pandemiyası, istərsə də onun iqtisadiyyata vurduğu zərbə təsirsiz qalmayıb. Hər nə qədər ölkəmiz sözügedən virusa qarşı ciddi təbbirlər həyata keçirib onun qarşısını almağa çalışsa da, lakin problemi tam aradan qaldırmaq qeyri-mümkün olaraq qalır.
Qeyd etdiyimiz kimi koronavirus pandemiyası ölkələrin iqtisadiyyatına da ciddi təsir göstərir və Azərbaycan iqtisadiyyatında da bunu hiss edirik. Qısa müddət ərzində bir sıra iri müəssə və zavodlar, digər istehsal müəssisələri, eləcə də irili-xırdalı onlarla müəssisədə iş rejimin dayanması heç şübhəsiz ki, ölkə sahibkarlarına, bu da nəticə etibarilə büdcəyə təsirsiz ötüşmədi. Hər gün müəyyən miqdarda itgilərlə qarşı-qarşıya qalan iş adamları, sahibkarlar, ümumiyyətlə ölkə vətəndaşlarının imdadına isə hər zaman olduğu kimi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev gəldi. Hələ pandemiyanın ilk günlər ölkədə yayılma xəbəri gündəmə gələndə və bu səbəbdən bəzi müəssisələrin işinin dayandırılması zərurəti yarananda dövlət başçısı açıq şəkildə bəyan etdi ki, iş adamları, özəl sektorun təmsilçiləri, ümumilikdə vətəndaşlar üzləşdikləri bu mənfi tendensiyadan dolayı kompensasiya alacaq və dövlət onlara öz dəstəyini əsirgəməyəcək. Dövlət başçısının məlum açıqlamasından sonra dərhal müvafiq qurumların hərəkətə keçməsi və qeyd edilən istiqamətdə müəyyən təkliflərin hazırlanması qısa müddətdə dövlətin növbəti sosial-iqtisadi paketinin gündəmə gələcəyindən xəbər verirdi və çox keçmədən məsələ öz müsbət həllini tapdı. Bu günlərdə iqtisadiyyat naziri Mikayıl Cabbarovun Azərbaycan Televiziyasına verdiyi müsahibədən məlum oldu ki, dövlət başçısının verdiyi tapşırıq artıq həllini tapıb və hazırlanan təkliflər paketi əsasında yaxın günlərdə vətəndaşlara, eləcə də iş adamları, sahibkarlara dəstək məqsədilə bəlli bir sənəd təsdiqini tapacaq. Nazir Mikayıl Cabbarovun sözlərindən o da məlum oldu ki, dövlətin imtiyazı, səxavətindən heç də hamı yararlaana bilməyəcək. Daha doğrusu hər zaman yaranan gözlənilməz vəziyyətlər, çətin sınaqlarda möhtəkirlik edən, süni qiymət artımına yol verən, yaranmış vəziyyətdən sui-istifadəyə çalışan istənilən şəxs kimliyindən asılı olmayaraq bu dəstəkdən yararlana bilməyəcək. Əslində kifayət qədər doğru qərardır və hər kəs tərəfindən də dəstək qazanır.
Görülən tədbirlər, həyata keçirilən məqsədyönlü işlər və təsdiq mərhələsində olan sənəd onu deməyə əsas verir ki, Azərbaycan hər zaman olduğu kimi bu dəfə də üzləşdiyi sınaqdan uğurla çıxacaq. Elə millət vəkili Tahir Mirkişili də bu qənaətdədir. O, bildirib ki, müasir vəziyyətin təhlili göstərir ki, indiki sınaqdan uğurlu çlxmağn 3 mühüm şərti var: :Dövlətin çevikliyi və effektivliyi, Ehtiyatların mövcudluğu. İqtisadiyyatın şəffaflığı. Məhs bu 3 şərtə uyğun gələn ölkələr epidemiyanın daha çox yayılmasının qarşısını ala, dəyən iqtisadi və sosial zərərləri kompensasiya edə və post-krizis dövrünə daha hazırlıqlı daxil olaraq yüksək inkişaf göstəricilərinə sahib olacaqlar. Fikir verdinizsə, bu 3 mühüm şərt Prezident İlham Əliyev tərəfindən 2018-ci ildən daha da sürətli və əhatəli həyata keçirilən sosial-siyasi-iqtisadi islahatların əsas məqsədlərindəndir. Yəni, Azərbaycan dövləti bu günkü şəraitə hələ 2 il bundan öncə hazırlaşırdı. Və nəticələr bunlardır. Birincisi, məhz son illər idarəetmə sahəsində aparılan islahatlar, kadr dəyişiklikləri və idarəetmə prinsiplərində yeniliklər dövət orqanlarını xeyli çevik edib. Dövlət başçısının taprşıqlarını yerinə yetirən hökumətin çevikliyi və peşəkarlığı çox yüksəkdir. Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən vətəndaşların qorunması üçün həyata keçirilən tədbirlər xüsusi təqdir olunur. İkincisi, toplanan və qorunan strateji valyuta ehtiyatlarımız ÜDM-dən çoxdur. Məhz bu amil qlobal böhranın ölkə vətəndaşlarına təsrini minimallaşdırır, manatın kursunu sabit saxlayır və maliyyə dəstəyi üçün digər təşkilat və dövlətlərə müraciət etməməyi üçün mühüm suveren əsas yaradır. Eyni zamanda dövlətin digər mühüm ehtiyatları vətəndaşlara sosial yardımlar etməyə, sahibkarlıq subyeklərinə dəstək üçün 1 milyard manat vəsait ayırmasına imkan yaradır". Millət vəkli onu da qeyd edib ki, son illər aparılan iqtisadi islahatlar Azərbaycan iqtisadiyyatının səffaflıq səviyyəsinin artırılmasına imkan yaradıb, büdcə gəlirlərini artırıb və dövlət sahibkar münasibətlərində yeni bir mərhələ yaradıb: "Dövlət başçısının son sərəncamında sahibkarlıq subyektlərinə dəstək məqsədilə işçi qruplar qarşısında qoyulan vəzifələrin bir hissəsi iqtisadiyyatımızın daha da şəffaflaşmasına, uçotun təkmilləşməsinə və innovativ fəaliyyətin artmasına şərait yaratmaq məqsədi daşıryır. Eyni zamanda artıq hər kəsə aydındır ki, vətəndaşlarımızın da daha intizamlı olması verilən tapşırıqların daha səmərəli icrasına imkan yaratmış olacaqdır. Bütün bu yuxarıda göstərilən faktlar onu deməyə əsas verir ki, Azərbaycan bu sınaqdan üzüağ çıxacaqdır. Dövlətimiz daha da güclənəcək, iqtisadiyyatımız daha dayanıqlı olacaq, insan kapitalının və innovasiyaların rolu daha da artacaqdır. Biz birlikdə həmişə güclü olmuşuq, yenə də birlikdə olmağın əsl vaxtıdır". Tahir Mirkişili onu da diqqətə çatdırıb ki, beynəlxalq təşkilatlar 2020-ci il üçün dünyada iqtisadi artım proqnozunu +2.6 faizdən 1.5 faizə endiriblər: "Karantin tədbirlərinin qlobal tələbi və təklifi azaltması labüddür. Digər tərəfdən dünya bazarlarında neftin qiymətlərinin 2 dəfəyə yaxın enməsi də vəziyyəti daha da kəskinləşdirir. Bu vəziyyətin nə qədər və hansl formada davam edəcəyi ilə bağlı bir çox proqnozlar var. Amma burda bir mühüm məqam var ki, onu qeyd etmək lazımdır. İqtisadi nəzəriyyələrə görə böhran dövründə dövlətin rolu xeyli artır və məhs onun çevikliyi, verdiyi qərarlar və icra mexanimzləri böhranı dəf etməkdə və ya minimal itkilərlə post-krisiz dövrünə daha yaxşı keçməkdə həyati əhəmiyyətli rol oynayır.
Süleyman