"Əsas məqsədimiz ermənilərə qarşı bütün platformalarda mübarizə olmalıdır" - Zaur Məmmədov
31 Mart 2020 13:22 Siyasət"Hələ 1905-1906-cı illərdə "Daşnaqsütyun" partiyasının liderləri "erməni məsələsi"ni həll etmək, "Böyük Ermənistan" xülyasını reallaşdırmaq üçün bütün yerli təşkilatlara göstəriş göndərərək tələb etmişdi ki, İrəvan, Gəncə və Qarabağ mahallarında olan bütün türk kəndlərini viran qoysunlar, bu kəndləri yerli əhalidən, yəni azərbaycanlılardan birdəfəlik təmizləsinlər. 1905, 1918, 1992-ci ildə baş vermiş soyqırımlarda azərbaycanlılar silahlı və hərtərəfli hazırlıqlı "dığalar" qarşısında adətən silahsız və qırğın qarşısında gücsüz idilər".
Olaylar.az xəbər verir ki, bu fikirləri Bakı Politoloqlar Klubunun rəhbəri Zaur Məmmədov deyib.
O bildirib ki, Azərbaycan kəndlərinin dağıdılması təbii ki, şimaldan gələn aktiv dəstək nəticəsində həyata keçirilirdi: "Rus məmurları da milli ədavəti qızışdırmaqla bir tərəfdən canlanmaqda olan azadlıq hərəkatının boğulmasına, digər tərəfdən də boşaldılmış müsəlman kəndlərində xristianların məskunlaşmasına imkan yaradırdılar.
İstər Rusiya, istərsə də Vatikan, İngiltərə, Fransa, ABŞ və digər Qərb ölkələri tez-tez erməni kartından müsəlman və türk əhaliyə qarşı istifadə edirdilər. Məqsəd bəllidir, bölgədə vassal dövləti yaratmaq istəyirdilər.
XXI əsrdə Azərbaycan xalqı bütün bu hadisələrdən dərs alıb. Artıq biz ayıq olmalıyıq. Biz başa düşməliyik ki, ermənilər kimliyindən asılı olmayaraq bundan sonra da azərbaycanlılara qarşı bu siyasətlərini davam etdirəc