“Əgər vətəndaşlar katantin rejiminin tələblərinə uyğun davranmasalar çoxsaylı tələfat olar” –Bəhruz Quliyev

"Koronavirusla bağlı həyata keçirilən işlərdə  həkimlər, polislər, jurnslistlər və digər sahələrin əməkdaşları kimi hər kəs fərdi olaraq öz sosial, vətəndaş məsuliyyətini dərk etməlidir: " Qəbul olunan qaydalara əməl etmək,verilən tövsiyələrə riayət etmək məcburidir. Burada cəmiyyət özü də bu məsləyə həssas yanaşmalı, ətrafındakıları maarifləndirməklə yanaşı, müvafiq qaydalara əməl edilməsini tələb etməlidir. Düşünürəm ki, artıq ictimai qınaq formalaşmalı, biri digərini tənqid etməyi bacarmalıdır". Bu fikirləri Olaylar.az-a "Səs" qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev bildirib.

Ekspert vurğulayıb ki, bir insanın məsuliyyətsizliyi nəticəsində ətrafdakı onlarla insan virusla üz-üzə qalmaq təhlükəsi yaşayır: "Buna artıq son qoymalı, özümüzü, həyatımızı, yaxınlarımızı, dövlətimizi, Azərbaycanımızı düşünməliyik. Əks halda daha ciddi problemə düşə bilərik. Demək olar ki, artıq problemin astanasındayıq, əgər vətəndaşlar katantin rejiminin tələblərinə uyğun davranmasalar çoxsaylı tələfat olar və yoluxanların sayı da sürətlə arta bilər.  Hər kəs bunu anlamaq məcburiyyətindədir.

Koronavirus infeksiyasının ölkədə lokallaşdırılması, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə hər birimiz həmrəy olub, bu təhlükəli infeksiyaya qalib gəlməliyik. Çölə çıxmamalı və izolyasiya qaydalarına, karantin rejiminə ciddi şəkildə əməl etməliyik".

Bəhruz Quliyev bildirib ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın mütəmadi olaraq əhaliyə müvafiq tövsiyələrini verməsi, eləcə də ciddi ölçülərin götürülməsi vətəndaşlarımızın daha da məsuliyyətli olması və dünyanı cənginə alan COVİD-19 təhlükəsindən qorunmaq məqsədi daşıyır: "Vətəndaşlarımız koronavirusun nə qədər təhlükəli olduğunu, onun dünyada ciddi problemlər  yaratdığını, hər gün on minlərlə insanın bu xətəliyə yoluxduğunu, minlərlə insanın isə dünyasını dəyişdiyini ciddiyə almalıdır. Bildiyiniz kimi martın 11-də Ümümdünya Səhiyyə Təşkilatı koronavirusu dünyada pandemiya elan edib. Bunun özü məsələnin nə qədər mürəkkəb olduğunu göstərən amillərdən biri və vacib siqnaldır". 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31