Səməd Seyidov: “Koronavirus yayılan ölkələrdə səfirliklərimizin işi davam edir”

"Koronavirus yayılan ölkələrdə Azərbaycanın diplomatik nümayəndələri işlərini davam etdirir". "Olaylar" xəbər verir ki, parlamentin bu gün keçirilən plenar iclasında çıxış edən Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov deyib. O, bildirib ki, nümayəndəliklərin nümayəndələri həmin ölkələrdə yaşayan ailələrlə mütəmadi əlaqəlar saxlayır, onların problemləri ilə maraqlanırlar.

S. Seyidov bildirib ki, koronavirus yayılan ölkələrdə vəziyyət gərgindir, bütün müəssisələr bağlıdır, ancaq bizim səfirliklərimiz, konsulluqlarımız fəaliyyət göstərir: "Özü də onlar tək deyil, ailə üzvləri ilə birlikdə çalışırlar. Ona görə də bu qanun layihəsi diplomatların müxtəlif yerlərdə işləyən ailə üzvlərinə şamil olunur və onlara imkan yaradır ki, olduqları ölkədə əmək fəaliyyəti ilə məşğul ola bilsinlər. Bu gün bu sazişi Ukrayna ilə bağlayırıq. Ancaq hesab edirik ki, bu təcrübəni digər ölkələrlə də tətbiq etmək lazımdır". Qanun layihəsi səsə qoyularaq qəbul edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31