Azərbaycanda yeni medal təsis edilir
30 Mart 2020 13:56 SiyasətAzərbaycanda yeni medal təsis edilir. "Olaylar" xəbər verir ki, qbununla bağlı "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" qanuna dəyişiklik layihəsi Milli Məclisin bu gün keçirilən plenar iclasında I oxunuşda müzakirəyə çıxarılıb. Dəyişikliklə, Böyük Vətən Müharibəsində Qələbənin 75 illiyi (1945-2020) yubiley medalı təsis olunacaq. Sənədə təklif edilən dəyişiklik müzakirələrdən sonra I oxunuşda qəbul edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31