Hər bir Azərbaycan vətəndaşı həkimlərə dəstək olmalıdır

İlham Əliyev: "Belə olan halda, biz bu çətin sınaqdan az itkilərlə çıxa bilərik, öz vətəndaşlarımızın sağlamlığını qoruya bilərik"

Azərbaycan tarixin bütün dövrlərində, hər bir situasiyada üzləşdiyi problemlər, qarşılaşdığı çətinliklərdən məhz milli bilik, həmrəylik nümayiş etdirməklə çıxıb. İstər dövlət və dövlətçilik üçün təhlükə mənbəyi sayılan xarici dairələrin ölkəmizə təsir mexanizmləri işə düşən zaman, istər ölkədə hərbi çevrilişə, hakimiyyət dəyişikliyinə nail olmaq istiqamətində cəhdlər ediləndə, istərsə də bu və ya digər situasiyalarda, eyni zamanda daxildəki təxribatçı və dağıdıcı siyasi qüvvələrin dövlətçilik əleyhinə yönəlik fəaliyyətləri zamanı cəmiyyətimiz, vətəndaşlarımız milli birlik, həmrəylik nümayiş etdirərək həmin problemlərin öhdəsindən gəlmişdi. Hazırda da eyni münasibətin, eyni fəaliyyətin, mövqeyin ortaya qoyulmasına ciddi ehtiyac var. Düzdür, indi nə dövlətçiliyimiz təhlükə altındadır, nə hakimiyyət çevrilişinə cəhdlər var, nə də daxili siyasi qüvvələrin çirkin əməlləri özünü qabarıq şəkildə büruzə verir. İndi tarixi düşmənimiz ermənilər qədər amansız və qəddar bir düşmənlə baş-başayıq. Koronavirusla. Hər bir ölkə, hər bir dövlət kimi Azərbaycan da bu öldürücü virusdan yan keçə bilməyib və təəssüf hissi ilə qeyd etmək lazımdır ki, artıq ölkəmizdə yüzlərlə insan bu virusun daşıyıcısına çevrilib. Hər nə qədər dövlət bu istiqamətdə öz üzərinə düşən vəzifəni maksimum dərəcədə həyata keçirib, virusun daha geniş miqyasda yayılmaması üçün təxirəsalınmaz tədbirlər görsə də, lakin həmin tədbirlərə əməl etmək, bununla da dövlətin həyata keçirdiyi tədbirlərə dəstək nümayiş etdirmək vətəndaşlardan asılıdır. Daha dəqiq desək Azərbaycan vətəndaşı tarixin bütün dövrlərində olduğu kimi bu gün də vətəndaş həmrəyliyi, birlik, bərabərlik nümayiş etdirməklə dövlətin həyata keçirdiyi tədbirlərə dəstək olmalı, həmin tədbirlərin maksimum dərəcədə effektli icra olunmnasına öz töhfəsini verməlidir. Necə ki, bu gün Azərbaycan həkimləri, Azərbaycan polisi, eləcə də digər dövlət qurumlarımız vətəndaş həmrəyliyi, birliyi nümayiş etdirərək dövlətin gördüyü işlərə dəstək olur, eləcə də sıravı Azərbaycan vətəndaşı da anoliji yanaşmanı sərgiləməlidir. Təsadüfi deyil ki, elə bu günlərdə Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev də paytaxtda "Yeni Klinika" tibb mərkəzinin açılışında çıxışı zamanı bu məsələyə toxunub. Dövlət başçısının fikirlərindən aydın olub ki, Azərbaycan vətəndaşları da bu öldürücü virusa qarşı mübarizədə məsuliyyətlə davranaraq, vətəndaş həmrəyliyi nümayiş etdirərək həkimlərə dəstək olmalıdırlar: "Əlbəttə ki, bu mübarizədə əsas yük həkimlərin üzərinə düşür. Mən fürsətdən istifadə edərək Azərbaycan həkimlərinə təşəkkürümü bildirmək istəyirəm. Biz onların maddi təminatının yaxşılaşdırılması üçün əlavə tədbirlər görmüşük. Bildiyiniz kimi, koronavirus xəstələrinə xidmət göstərən həkimlərin maaşı 3, 4, 5 misli məbləğində artırılıb. Bu, dövlət tərəfindən həkimlərə göstərilən diqqətin təzahürüdür. Ancaq mən bilirəm və tam əminəm ki, həkimlərin əsas motivasiyası bu, deyil. Əsas odur ki, onlar öz vəzifə borcunu yerinə yetirmək istəyirlər. Onlar Hippokrat andına sadiqliklərini göstərmək istəyirlər. Onlar xalqımıza xas olan ən yüksək xüsusiyyətləri nümayiş etdirirlər və öz həyatlarını risk altına ataraq xəstələrə xidmət göstərirlər. Ona görə hər bir Azərbaycan vətəndaşı həkimlərə dəstək olmalıdır. O cümlədən koronavirusa yoluxmuş xəstələr başa düşməlidirlər ki, həkimlər belə ağır şəraitdə, sadəcə olaraq, yeriməyə çətinlik yaradan geyimlərdə, maskalarda onlara xidmət göstərirlər. Ona görə həkimlər ən yüksək qiymətə layiqdirlər. Həkimlərə həmrəylik və dəstək üçün müxtəlif aksiyalar keçirilir və keçiriləcək".

Xalqımızın birlik, həmrəylik nümayiş etdirməsini təqdir edən dövlət başçısı ümid etdiyini bildirib ki, məsuliyyət də lazımi səviyyədə olacaqdır: "Belə olan halda, biz bu çətin sınaqdan az itkilərlə çıxa bilərik, öz vətəndaşlarımızın sağlamlığını qoruya bilərik. Bir daha həm özümüzə, həm bütün dünyaya nümayiş etdiririk ki, biz böyük xalqıq".

Hüquqşünas Əli İbrahimov da hesab edir ki, Azərbaycan vətəndaşları dövlət başçısının çağırışlarına qoşularaq Azərbaycan həkimlərinə, eləcə də Azərbaycan polsinə kömək etməlidir: " Gəlin "Evdə qal"maqla polislərə, həkimlərə kömək edək. Taricə nəzər salaq.  Bir anlıq Çanaqqalanı xatırlayın: Dövrünə görə ən böyük güclərin ordularına qarşı birləşərək dirəniş göstərən, dilindən "Allahu-Əkbəri" düşməyən, "Vətən, sənin xınalı quzularınız",- deyən Mehmetçiklərin, bir sözlə, böyük türk xalqının zəfər tarixini bizdən cəmi bir əsr ayırır. "Anlamırsınızmı, biz Canaqqalada türklərlə deyil, Allahla vuruşurduq və əlbəttə ki, məğlub lacaqdıq" fikri ilə məğlubiyyətlərini etiraf edənlərin biz torpaqcanlılardan qorxusu bu gün də var. Nifrətləri isə göz önündədir. Mövzu tarix deyil. Lakin ibrət götürmək üçün ən gözəl keçmiş elə odur. Yaxud sovet qoşunları tərəfindən diz çökdürülən Almaniya alman xalqının iradəsi ilə illər sonra daha möhtəşəm hala gəldi və bu gün dünyanın supergüclərindəndir. Xalq istədi və etdi. İnsan istəsə edə bilər, deməli, istəsək edə bilərik. Bu gün adına "mahnılar" qoşulan, "şeirlər" yazılan düşmənlə-koronavirus infeksiyası ilə mübarizə aparmaq üçün top, tüfəng lazım deyil, sadəcə deyilənlərə əməl etmək kifayətdir. Bu çətin günlərdə "evdə qal" çağırışlarını zindan həyatı ilə müqayisə etməyək. Evdə ailənlə, övladlarınla birlikdəsən. Dözməliyik, çünki əzizlərimiz var. Dövlət bizim yanımızdadır və görülən hər bir iş, atılan hər addım bu bəladan itkisiz qurtulmaqdır".

Hüquqşünasın sözlərinə görə, elə bir coğrafiyada yerləşirik ki, dişini qıcayanın ilk zərbəsi bizə dəyə bilər: "Başımızın insanlarımızın sağlamlığının qorunmasına qatışdığı bir dönəmdə dövlətimizin zəif düşməsi, gələcəyimiz olan gənclərimizin məhvi üçün sərhədlərimizdən "ağ ölüm" keçirmək istəyənlərin və onların hüquq-mühafizə orqanları tərəfindən tutulması istiqamətində aparılan tədbirlərin statistikasına heç nəzər yetirmisinizmi? Polisin üzərinə bu gün daha böyük görəv qoyulub. Cinayətkarlıqla qətiyyətli mübarizə və asayişi qorumaqla bərabər, insanların sağlamlğı üçün dövlətin verdiyi qərarların icrasında humanizmini, gücünü də səfərbər edib polis. Bizim polis işçiləri onları çox mülayim formada başa salmağa çalışırlar. Siz indi yaxşı bilirsiniz ki, bəzi ölkələrdə polis nümayəndələri necə davranırlar. Televizorda görürük, heç iki-üç sual da vermir, dərhal hərəkətə keçir. Bizim polisimiz insanları qoruyur. İndi onların üzərinə böyük yük, böyük məsuliyyət düşür. Onlar da öz sağlamlıqlarını risk altına atırlar. Gecə-gündüz küçələrdə  onu başa sal, bunu başa sal". Bakıda "Yeni klinika" tibb müəssisəsinin açılışında çıxış edən cənab Prezidentin bu fikiləri polisin, eləcə də həkimlərimizin necə bir rejimdə işləməsinin bariz nümunəsidir. Laqeydik. Belə olmasaydı, verilən qərarları qulaqardına vurub, "mənə heç nə olmaz"larla ovunub kənddən, rayondan "təcili tibbi yardım maşınları" ilə şəhərə gəlib xəstəliyin daşıyıcısı olduqdan sonra, ölüm ayağında "dövlət mənə kömək eləmir"lə özümüzə haqq qazandırmazdıq. Bütün bunlar azmış kimi, "sapı özümüzdən" olanlar, Azərbaycanı heç zaman güclü, böyük görmək istəməyənlərin yanında "yallananlar" da sosial şəbəkələrdən "hücum"a keçib Azərbaycan Polisini gözdən salmağa çalışırlar. Bu gün sığındıqları ölkələrin bəla qarşısında aciz qalmalarını görə-görə vətəndaşını qorumaq üçün bütün qurumlarını səfərbər edən Azərbaycanı, onun Prezidentini, polisini hədəfə alanların niyyətini Azərbaycan xalqı daha yaxşı bilir".

Süleyman

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31