Deputat kommunal xərclərin sıfırlanmasını təklif edib
30 Mart 2020 12:39 SiyasətMilli Məclisin bu gün keçirilən plenar iclasında "Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" qanun layihəsinin müzakirəsi aparılıb. Qanun layihəsinin müzakirəsi zamanı kommunal xidmətlərə toxunan millət vəkili Razi Nurullayev deyib ki, hazırkı dövrdə sərfiyyat əvvəlkindən iki dəfə çox olacaq: "Hazırkı dövrdə vəziyyət nəzərə alınaraq, kommunal xərclərin sıfırlanmasına ehtiyac var. Eyni zamanda kreditlərin də dondurulmasına ehtiyac var".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31