Deputat: “Tibb işçilərinə xüsusi status verilsin”
30 Mart 2020 11:54 SiyasətMilli Məclisin bu gün keçirilən iclasında "Tibbi sığorta haqqında" qanunun müzakirəsi aparılıb. "Olaylar" xəbər verir ki, qanun layihəsinin müzakirəsi zamanı millət vəkili, MM-in Əmək və sosial siyasət komitəsi sədr müavini Məlahət İbrahimqızı bidirib ki, bu gün bir çox ölkədə tibb işçiləri xəstəliyə yoluxaraq dünyasını dəyişir. Təklif edirəm ki, koronavirusla mübarizə aparan tibb işçilərinə xüsusi status verilsin. Türkiyədə bu sahədə çalışan həkimlərə qazi, rəhmətə gedənlərə isə şəhid statusu verilir. Mən də bizim həkimlərə xüsusi status verilməsini təklif edirəm".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31