Millət vəkilləri iclasa tibbi maska ilə gəliblər

Milli Məclisin yaz sessiyasının növbəti plenar iclası davam edir. "Olaylar" xəbər verir ki, yaşı 65-dən yuxarı olan deputatlar Milli Məclis rəhbərliyinin tövsiyəsinə əsasən xüsusi karantin rejiminə əməl edərək bugünkü iclasa qatılmayıblar. İclasda iştirak edən bəzi deputatlar tibbi maskalardan istifadə edirlər. İclasda əvvəlcə 31 mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı soyqırımı qurbanlarının xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31