Deputatlar plenar iclasda tibbi maskadan istifadə edəcəklərmi?
29 Mart 2020 14:09 SiyasətMartın 30-da Milli Məclisin növbəti plenar iclası keçiriləcək. Xəbər verildiyi kimi yaşı 65-dən yuxarı olan deputatlar plenar iclasa qatılmayacaq. Milli Məclis rəhbərliyi 65 yaşdan yuxarı olan deputatlara Nazirlər Kabineti yanında Opetrativ Qərargahın qoyduğu qaydalara riayət edilməsini xahiş edib. Yəni konkret olaraq bu kateqoriyadan olan deputatlara "plenar iclasa qatılmayın" tələbi qoyulmayıb. Lakin, yaşı 65 yaşdan yuxarı olan hökumətin qoyduğu qaydalara birmənalı olaraq riayət edəcəklərini və plenar iclasa qatılmayacaqlarını deyiblər. Həmçinin plenar iclasa qatılan deputatlar 2 metr məsafə aralığı ilə əyləşəcəklər. Məlumata görə, tibbi maskadan istifadə məqsədilə deputatlara təlimat göndərilib. Qeyd edilib ki, Milli Məclisdə maskadan istifadə sərbəstdir. Kim istəsə iclas boyu maskada otura bilər. Seçim deputatların ixtiyarına buraxılıb.