Həqiqi hərbi xidmətə çağırış müddəti uzadılır
27 Mart 2020 10:36 SiyasətAzərbaycanda həqiqi hərbi xidmətə çağırış müddəti uzadılır. "Olaylar" xəbər verir ki, bu barədə "Azərbaycan Respublikası vətəndaşlarının 2020-ci il aprelin 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırış müddətinin uzadılması haqqında" qanun layihəsi Milli Məclisin gündəliyində öz əksini tapıb. Müddətin uzadılmasına səbəb koronavirus pandemiyasidir. Layihə Milli Məclisin martın 30-da keçiriləcək iclasında müzakirəyə çıxarılacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31