Milli Məclisin iclasları internet üzərindən necə keçiriləcək?
27 Mart 2020 09:53 SiyasətKarantin tətbiq edilməsi, sanitariya-epidemioloji və bu kimi digər tədbirlərlə əlaqədar Milli Məclis Sədri 42 deputatın tələbi əsasında Milli Məclisin iclaslarının həmçinin Milli Məclisin komitə və komissiya iclaslarının müəyyən dövr üçün real vaxt rejimində internet vasitəsilə keçirilməsi barədə sərəncam qəbul edəcək.
Bu, "Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsi"nə təklif edilən dəyişiklikdə əksini tapıb.
Real vaxt rejimində keçirilən iclaslarda səsvermə deputatların gücləndirilmiş elektron imzaları vasitəsilə həyata keçiriləcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31