Aydın Quliyevdən ETİRAZ- DÜZ YAZILMIR!

Politoloq Aydın Quliyev özünün feysbuk səhifəsində bəzi rəsmi sənədlərdə  və  bəyanatlarda  bir sıra ifadə  və  söz  birləşmələrinin  düzgün işlədilməməsinə  etiraz edib:  

"Azərbaycanın rəsmi sənədlərində "Ermənistanın işğalı başa çatdıqdan sonra....." kimi söz birləşməsi yazmaq və işlətmək diplomatik və hüquqi nöqteyi-nəzərdən nə qədər doğrudur? Bu söz birləşməsi başqa ərazilərimizin də işğal edilərək başa çatdırılması kimi əleyhimizə olan məntiqi bir anlama gəlməyə əsas vermirmi? Bəlkə "Ermənistanın işğalının bütün nəticələri ləğv ediləndən sonra"kimi söz birləşməsi işlətmək daha məntiqli və diplomatik olardı?

Mən bu statusu konkret fakta söykənərək yazdım....Üstündən keçə bilməzdim.."

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31