"Vətəndaşlarımız Prezident ətrafında sıx birləşməlidirlər"- MUSA QASIMLI

Millət  vəkili  "Olaylar" a  bildirib ki  cənab Prezidentimiz İlham Əliyevin Hövsan yaşayış kompleksinin açılışını və bu açılışda Azərbaycan televiziyasına verdiyi müsahibəni diqqətlə dinlədim."Hər şeydən əvvəl, Prezidentimizin dünyanın və ölkəmizin belə həssas, çətin dövründə adi iş rejimindən çıxmaması,soyuqqanlı olmağı mənə çox xoş təsir etdi. Dünyada neftin qiymətinin aşağı düşdüyü bir zamanda sosial problemlərin həllinə cənab Prezidentimizin diqqət yetirməsi bir daha göstərdi ki, dövlətimiz sosial problemlərin həllini daim diqqətində saxlayır.Üçüncüsü,koronavirusla mübarizədə hökumət və dövlət orqanlarının mükəmməl bir şəkildə birlikdə çalışdığını millətin nəzərinə çatdırdı. Göstərdi ki, Prezidentimizin bilavasitə rəhbərliyi ilə hökümət vəziyyətə ciddi nəzarət edirl. Ölkəmizdə dövlət özündən asılı olan hər şeyi edir. Vətəndaşlarımız da dövlət başçısının ətrafında sıx birləşməli və NK yanında Operativ Qərargahın bütün tələblərinə ciddi riayət etməlidirlər ki, Azərbaycan bu şəraitdən az itki ilə çıxsın."

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31