“Abxaziyada keçirilmiş qondarma “prezident seçkiləri”nin nəticələrini tanımırıq” – XİN

Azərbaycanın Xarici İşlər Nazirliyi Gürcüstanın Abxaziya bölgəsində 22 mart 2020-ci il tarixində keçirilmiş qondarma "prezident seçkiləri" ilə bağlı bəyanat yayıb.

XİN-in mətbuat xidmətindən verilən xəbərə görə, bəyanatda bildiilir ki, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Gürcüstanın suverenliyini və ərazi bütövlüyünü dəstəklədiyini bir daha təsdiqləyir və 22 mart 2020-ci il tarixində Gürcüstanın Abxaziya bölgəsində keçirilmiş qondarma "prezident seçkiləri"ni, həmçinin onların nəticələrini tanımır: "XİN Abxaziya məsələsinin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq sülh yolu ilə həlli üçün danışıqların davam etdirilməsinin vacib olduğunu hesab edir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31