YAP "Koronavirusla Mübarizəyə Dəstək Fondu”na 200 min manat məbləğində yardım edir

Yeni Azərbaycan Partiyası koronavirus infeksiyasının yayılmasının qarşısının alınması sahəsində Azərbaycan Pespublikasının Prezidentinin tapşırığı əsasında Azərbaycan hökumətinin həyata keçirdiyi tədbirləri yüksək qiymətləndirir. "OLAYLAR"-a YAP-dan daxil olan məlumata görə, partiyanın bütün strukturları bu ümumxalq mübarizəsundə iştiraka cəlb edilib, onlara müvafiq göstərişlər verilib. Yeni Azərbaycan Partiyası eyni zamanda, Azərbaycan Pespublikasının Prezidenti cənab İlham Əliyevin 19 mart tarixli  Sərəncamı ilə "Koronavirusla Mübarizəyə Dəstək Fondu"nun yaradılmasını dünyanı lərzəyə salan qorxulu infeksiyanın qarşısının alınmasında mühüm addım hesab edərək Fonda 200 min manat məbləğində vəsait ödəməyi qərara alır. Bundan əlavə, partiyanın bütün yerli strukturlarına  və üzvlərinə "Koronavirusla Mübarizəyə Dəstək Fondu"na imkanları daxilində dəstək göstərmək tövsiyyə olunub.

Müasir dünyanın başı üzərini almış böyük və ciddi təhlükənin Azərbaycana təsirinin azaldılması dövlətin bu sahədə apardığı səmərəli  profilaktik tədbirlərə hamının dəstək olmasından birbaşa asılıdır. İnanırıq ki, Yeni Azərbaycan Partiyasının hər bir üzvü partiyanın Sədri, Prezident İlham Əliyevin koronavirus infeksiyasının yayılması təhlükəsinin qarşısının alınmasında hər kəsin şəxsi iştirakının təmin edilməsi barədə çağırışına əməl edəcək, xalqımızın və ölkəmizin bu qorxulu bəladan xilas olmasına öz şəxsi töhvəsini verəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31