Siyasi partiyalar koronavirusa qarşı ölkə rəhbərliyininin həyata keçirdiyi tədbirləri təqdir edir

Millət vəkili Fazil Mustafanın rəhbəri olduğu Böyük Quruluş Partiyası koronavirus xəstəliyinə qarşı ölkə rəhbərliyininin həyata keçirdiyi tədbirləri təqdir edir. Partiyadan  "Olaylar"a daxi olan açıqlamada deyilir: "Böyük Quruluş Partiyası dünyada, eləcə də ölkəmizdə geniş şəkildə yayılan və Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən pandemiya dərəcəsində qiymətləndirilən koronavirsus ilə mübarizədə ölkə rəhbərliyinin xəstəliyin inkişafının qarşısının alınmasına yönəlik fəaliyyətini təqdirlə qarşılayır. Görülən çoxsaylı qabaqlayıcı tədbirlər- Nazirlər Kabineti yanında Operativ qərargahın yaradılması, karantin və müalicə müəssisələrində böyükhəcmli təşkilati işlərin aparılması, müasir tibbi ləvazimatların, süni nəfəs aparatlarının ölkəyə gətirlməsi və digər addımlar bu prosesin dövlətin ciddi nəzarəti və diqqəti altında oluğundan xəbər verir. Azərbaycan Respublikası Prezidenti tərəfindən yeni növ koronavirus (COVİD-19) infeksiyasına- gözəgörünməz düşmənə qarşı mübarizədə ön cəbhədə olan, gün ərzində mürəkkəb şəraitdə fasiləsiz çalışan tibb işçilərinin əmək haqqlarının üç-beş dəfə artırılması ilə bağlı sərərncamın verilməsi təkcə tibb işçilərinə qayğı kimi deyil həm də, koronavirusa yoluxan və ya yoluxa biləcək vətəndaşlarımıza qarşı diqqət və qayğı kimi də qiymətləndirilməlidir. Eləcə də, Azərbaycan Respublikasının Birinci-vitse-prezidenti Mehriban xanım Əliyevanın koronavirus infeksiyası ilə bağlı xalqımıza mərhəmət, şəfqət və məhəbbət hissi ilə yazılan müraciəti də Mehriban xanımın rəhbər vəzifəli şəxs olmasından daha çox, ana və qadın şəfqətli bir insan kimi ölkə əhalisinə qayğıkeş xitabı kimi qiymətlənirilməlidir. Ancaq, bir şeyi dərk etməmiz və ona uyğun davranmamız hər ölkə vətəndaşının faydasına olar. Əlyetməyən düşmənə qarşı mübarizədə dövlətlə yanaşı hər birimizin məsulyyətli davranışımızın, təhlükəsizlik tədbirlərinə ciddi riayət etməyimizin, şəxsi gigiyena və intizamlılığımızın da həlledici əhəmiyyəti olduğunu yaddan çıxarmamalıyıq. Bu baxımdan dövlətin qayğısı ilə yanaşı bizlər də özümüzə lazımi diqqət və həssaslıq göstərə bilsək, bu bəlanın öhdəsindən daha qısa müddətə və az itkilərlə gələ bilərik. Dünyada baş verən bu ağır durum təbiidir ki, bayram əhval-ruhiyəmmizə mənfi təsirsiz ötüşməyəcək, ancaq bir millət olaraq mənəvi və praktik həmrəyliyimizi qorumaqla bütün çətinliklərə sinə gərməmiz mümkün olacaqdır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31