“Yeni sərəncam insan amilinə dəyərin əsasını təşkil edir” – Şərh
19 Mart 2020 16:05 Siyasət"Bildiyimiz kimi artıq COVİD-19 yolxucu virus qlobal əhəmiyyət kəsb edir. Virusun ölkəmizə qədər gəlib çatması normal hadisədir. Sevindirici hal ondan ibarətdir ki, yoluxma göstəricisi elədə yüksək dərəcədə deyildir. Virusun ölkədə yayılmasının qarşısını almaq üçün qabaqlayıcı tədbirlər görülmüşdür. Lakin bundan əlavə xalqımız üçün əlamətdar günlərdən biri də gəlmək üzərədir. Bu Novruz bayramıdır. Bəzi vətəndaşlarımıza karona virus təhlükəsinə görə öz işlərində vaxtından əlavə məzuniyyət verilmişdir. Bəzi sahələr mövcuddur ki, bu sahələr istər xəstəliklər, istərsə də bayram ərəfələrində bir sözlə, daima aktiv iş rejiminə keçirlər. Bu aktual sahələrə elektrik enerjisi, təbii ehtiyyatlar sahəsi və tibbi sahə nümayəndələri aid edilir".
Bu fikirləri Olaylar.az-a siyasi ekspert Əli Miriyev deyib.
O bildirib ki, ötən gün verilən sərəncam məhz ölkəmizə üz tutan qlobal problemin böyük fəlakətlər törətməsinə qarşı imzalanmışdır: "Müavinətlərin artırılması müəyyən müddət çərçivəsində nəzərdə tutulmuşdur. Müavinətlər aylıq maaşların 3 faizi qədər artırılmışdır. Bu həkimlərin işə olan məsuliyyətini artırmaq üçün həyata keçiriləcəkdir. Nəzərdə saxlasaq ki, xaricdən vətəndaşların bayramla bağlı vətənə qayıtması, onların karantində yoxlanılması üçün həkimlər cəlb ediləcək. Ölkədə karona üçün laborotoriyalarda xüsusi imkanlarda yaradılmışdır".