Özbəkistan prezidenti Allahşükür Paşazadəyə təbrik məktubu göndərib
Özbəkistan prezidenti Allahşükür Paşazadəyə təbrik məktubu göndərib
19 Mart 2020 15:49 SiyasətÖzbəkistan Respublikasının prezidenti Şavkat Mirziyoyev Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Novruz bayramı münasibətilə təbrik məktubu göndərib. "Olaylar"ın məlumatına görə, tərbik məktubinda deyilir: "Oyanış, yenilik və paklıq rəmzi olan mübarək Novruz bayramı münasibətilə Sizi ürəkdən təbrik edir, Sizə səmimi diləklərimi yetirirəm. Birgə zəngin mədəni və mədəni irsimizin ayrılmaz parçası olan və əsrlərdən bəri qeyd olunan bu mübarək bayram qarşılıqlı ehtiram, hikmət və həmrəyliyi tərənnüm edir. Dinləri, dilləri birləşdirən, ümumbəşəri həmrəyliyə, firavanlığa, yaradıcılığa, şükr etməyə çağıran Novruz bayramı qardaş xalqlarımız arasında dostluq münasibətlərinin möhkəmlənməsinə bundan sonra da xidmət edəcəkdir. Sizinlə aramızda uzun illərdən bəri bərqərar olmuş böyük hörmət və mehribançılıq əlaqələrini əlahiddə təqdir edərək, bu mübarək günlərdə Qadir Allahdan Sizə uzun ömür, can sağlığı, müsəlman ümmətinin birliyi naminə savab əməllərinizdə Sizi müvəffəq etməsini diləyirəm".