Azərbaycan Prezidentindən mühüm sərəncam -Təhlil

Dünyanı bürüyən koronavirus təhlükəsi hər ötən gün daha da geniş miqyas alır, yüzlərlə insanın həyatı bahasına başa gəlir. Bu gün dünya tibbi demək olar ki, bu öldürücü virus qarşısında acız durumdadır. Təəssüf hissi ilə qeyd etmək lazımdır ki, Azərbaycan da bu bəladan yan keçməyib və ölkəmizdə də koronavirusa yoluxma halları qeydə alınıb. Virusun yayıldığı digər ölkələrlə müqayisə etdikdə Azərbaycanda bu istiqamətdə vəziyyətin hələlik qənaətbəxş, o qədər də təhlükəli həddə olmadığını görə bilərik. Bunun isə başlıca səbbəbləri Azərbaycanda vaxtında koronavirus əleyhinə tədbirlərin həyata keçirilməsidir.  Məlum olduğu kimi hələ virusun meydana gəldiyi ilk günlərdən Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin imzaladığı müvafiq sənəd əsasında ona qarşı mübarizə tədbirlərinə start verildi, bu məqsədlə müəyyən miqdarda vəsait ayrıldı. Eyni zamanda ölkənin tibb personalı zamanında bu prosesə cəlb edildi ki, bu da nəticə etibarilə virusun Azərbaycanda daha geniş şəkildə yayılmasının qarşısını aldı. Hazırda da Azərbaycan dövləti, hökumət, eləcə də Nazirlər Kabineti yanlnda yaradılmış Operativ Qərargah koronavirusa qarşı mübarizə istiqamətində səmərəli fəaliyyət göstərir.

Koronavirusa yoluxma hallarının qarşısının alınması, virusun daşıyıcısı olan vətəndaşlarımızın tezliklə müalicə edilib sağlına qovuşması istiqamətində heç şübhəsiz ki, səhiyyə işçilərimiz, həkimlərimizin fəaliyyəti qürurvericidir və onların zəhməti  ən yüksək səviyyədə qiymətləndirilməlidir. Elə məhz bu amili nəzərə alan Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev də ötən gün koronavirusa qarşı mübarizə sahəsində tarixi bir sənədə imza atdı. Bəli, dövlət başçısının imzalamış olduğu məlum sərəncamı məhz tarixi sənəd kimi qiymətləndirmək olar.

Azərbaycan Prezidentinin imzaladığı sərəncamın əhəmiyyətinə keçmədən məlumat üçün qeyd edək ki, dövlət başçısının imzalamış olduğu həmin sərəncama əsasən, yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə mübarizə və profilaktika tədbirlərində iştirak edən tibb işçilərinin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə əlaqəli əmək şəraitinə görə dövlət tibb müəssisələrində çalışan işçilərin əməkhaqlarına aylıq vəzifə (tarif) maaşının 3-5 mislinədək miqdarda müddətli əlavə müəyyən edilib. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılıb ki, bu Sərəncamın 1-ci hissəsi ilə müəyyən edilən müddətli əlavənin şamil olunacağı tibb işçilərinin əhatə dairəsini, əlavənin ödənilmə müddətini və işin xüsusiyyətindən asılı olaraq miqdarını müəyyən etsin. Həmçinin yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə mübarizə tədbirlərinə cəlb edilən özəl tibb müəssisələrində çalışan tibb işçilərinin və könüllülərin əməyinin ödənilməsi şərtlərini müəyyən etsin.

Dövlət başçısının imzalamış olduğu sərəncam öz-özlüyündə bir neçə istiqaməti özündə ehtiva edir. Bunlardan ən birincisi insan amilidir. Yəni, Cənab Prezident bu sərəncamla həm sözügedən prosesdə iştirak edən, xalqın xidmətində dayanan səhiyyə işçilərinin əməyini, fəaliyyətini yüksək qiymətləndirmiş oldu, həm də onlarda daha ürəklə, daha məhsuldar çalışmaq üçün bir stimul yaratdı. Eyni zamanda Azərbaycan vətəndaşında dövlət başçısına olan inamı, ümidi daha da möhkləmləndirdi ki,  onun prezidenti üçün xalqın taleyi, onun durumu başlıca prioritetdir.

Azərbaycan Prezidentinin sözügedən sərəncamının tarixiliyinə gəlincə, hazırda dünyada cərəyan edən proseslər, daha doğrusu koronavirusun geniş yayıldığı və dünya iqtisadiyyatına, eləcə də Azərbaycan iqtisadiyyatına təsirsiz ötüşmədiyi bir vəziyyətə Azərbaycan rəhbərliyinin belə bir sərəncam imzalaması həqiqətən də tarixi bir sənəddir. Onu da nəzərə almaq lazımdır ki, virusun ən kəskin yayıldığı ölkələrdə belə ona qarşı mübarizə aparan səhiyyə işçilərinin aylıq vəzifə maaşları artırılmayıb. Ancaq Azərbaycan rəhbərliyi belə bir tarixi sərəncamı imzaladı. Digər tərəfdən qeyd etdiyimiz kimi Azərbaycan iqtisadiyyatının da təsirsiz ötüşmədiyi bir vaxtda dövlət başçısı tərəfindən qeyd edilən istiqamətə əlavə vəsaitin ayrılması Azərbaycan iqtisadiyyatının dayanıqlığının göstəricisidir. Həmçinin onun sübutudur ki, iqtisadiyyatdan əldə edilən gəlirlərin Azərbaycan vətəndaşının sosial rifah halının yaxşılaşdırılmasına yönəldilməsi  Azərbaycan dövlətinin, şəxsən dövlət başçısı Cənab İlham Əliyevin əsas amalı, məqsədidir. Ölkədə hakimiyyət xalq, prezident-vətəndaş həmrəyliyi, birliyi olduğu təqdirdə isə bütün problemləri həll etmək mümkündür.

Süleyman

Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31