Prezident İlham Əliyev həkimlərin əməyini yüksək qiymətləndirdi -Təhlil
19 Mart 2020 13:37 SiyasətPrezident İlham Əliyev Azərbaycan vətəndaşının sosial rifah halının yüksəldilməsi istiqamətində daha bir sərəncam imzalayıb. Belə ki, dövlət başçısı yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin sosial müdafiəsinin gücləndirilməsi haqqında sərəncama imza atıb. Sənədə əsasən yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə əlaqəli əmək şəraitinə görə dövlət tibb müəssisələrində çalışan işçilərin əməkhaqlarına aylıq vəzifə (tarif) maaşının 3-5 mislinədək miqdarda müddətli əlavə müəyyən edilib. Dövlət başçısının əhalinini sosial müdafiəsinə hesablanmış bu sərəncamı onu göstərir ki, Azərbaycanda uğurlu sosial siyasət həyata keçirilir. Konkret olaraq vətəndaşların sosial təminatı istiqamətində çoxsaylı proqramlar həyata keçirilir, ölkə rəhbərliyi tərəfindən fərman və sərəncamlar imzalanır. Bu isə ona dəlalət edir ki, dövlət həmişə əhalinin aztəminatlı qisminin yanındadır. Azərbaycan iqtisadi cəhətdən daha da yüksək potensiala sahib olduqca, sosial proqramlar da inkişaf edərək daha geniş təbəqələri əhatə edir. Yeri gəlmişkən qeyd edək ki, bu prosesdə tibb işçiləri də diqqətdən kənarda qalmayıb, mütəmadi olaraq bu sahədə çalışanların əmək haqları artırılıb.
Qeyd edilməlidir ki, Azərbaycanda həyata keçirilən düşünülmüş sosial-iqtisadi siyasət nəticəsində əldə edilən uğurlar cəmiyyət həyatının bütün sahələrində olduğu kimi səhiyyə sistemində də öz müsbət təsirini göstərməkdədir. Etiraf edilməlidir ki, əldə edilən nailiyyətlər dövlətin səhiyyə sahəsinə göstərdiyi diqqət və qayğısı nəticəsində mümkün olub. Dövlət büdcəsindən səhiyyə sahəsinə ayrılan vəsaitin ildən-ilə artırılması, respublikanın mərkəzi şəhərləri ilə yanaşı, regionlarda da müasir standartlara cavab verən tibb müəssisəərinin inşaası, onların ən müasir tibbi avadanlıqlarla təmin edilməsi, ən nəhayət peşəkar tibbi kadrların hazırlanması gözlənilən nəticənin əldə olunmasına şərait yaradıb. Etiraf edilməlidir ki, son illər səhiyyəmizin əsas prioritet istiqamətlərindən biri uzun illər diqqətdən kənarda qalmış tibb müəssisələrinin vəziyyətinin yaxşılaşdırılması, onların müasir dünya standartları səviyyəsində inşası, təmiri və təchizatıdır. Səhiyyə sisteminin digər əsas prioriteti əhaliyə göstərilən tibbi xidmətin səviyyəsinin yüksəldilməsidir. Məhz bu istiqamətdə görülən işlər nəticəsində ölkə vətəndaşlarının keyfiyətli tibbi xidmətdən istifadə imkanları xeyli dərəcədə genişlənib. Dövlət rəhbərliyinin şəxsi təşəbbüsü ilə ölkədə ondan artıq beşillik proqram təsdiq edilib. Hansı ki, həmin proqramlar səhiyyənin çox vacib sahələrini əhatə edir. Etiraf edilməlidir ki, səhiyyə sahəsində əldə edilən uğurlar birbaşa prezident İlham Əliyevin bu sahəyə göstərdiyi diqqət və qayğının nəticəsində mümkün olub. Qətiyyətlə qeyd etmək olar ki, son illərdə elə ay olmayıb ki, dövlət başçısı hansısa tibb ocağının təməlqoyma, yaxud açılış mərasimində iştirak etməsin. Məhz dövlət başçısının həyata keçirdiyi uğurlu sosial-iqtisadi siyasət nəticəsində Azərbaycanda səhiyyənin maddi-texniki bazası ən yüksək səviyyədə qurulur, paytaxt Bakı və bölgələrdə tibb müəssisələri müasir standartlara cavab verir, tibbi avadanlıq dünyanın aparıcı xəstəxanalarında olan avadanlıqlardan fərqlənmir.
Azərbaycanda həyata keçirilən məqsədyönlü siyasət nəticəsində demək olar ki, ölkənin hər bir bölgəsində müasir diqanostika mərkəzi istifadəyə verilib. Konkret olaraq son 16 ildə Azərbaycanın ancaq bölgələrində 22 yeni xəstəxana, 15 diaqnostika müalicə mərkəzi inşa edilib, 28 mərkəzi rayon xəstəxanası əsaslı təmir olunub. Beş xəstəxananın tikintisi isə davam edir. Ancaq bölgələrdə 70 müasir tibb ocağı istifadəyə verilib. Ümumilikdə isə, son 16 ildə Azərbaycanda 700-dən çox tibb müəssisəsi tikilib və əsaslı təmir olunub. Azərbaycanda əhalinin sağlamlığının qorunması istiqamətində də məqsədyönlü siyasət həyata keçirilir. Dövlət başçısının xüsusi sərəncamı ilə hər ol ölkə vətəndaşlarının pulsuz müayinəsi təmin olunur. Statistik göstəricilərə əsasən son illər ərzində müayinədən keçən vətəndaşların sayı 5 milyona çatıb. Azərbaycanda səhiyyə sisteminin maddi-texniki bazasının möhkəmləndirilməsi gözlənilməz, fors-major hadisələri də nəzərə alır. Məhz bunun nəticəsidir ki, artıq ölkəmizdə onkoloji və irsi qan xəstələrinin problemləri öz həllini tapıb. Azərbaycanda hemofiliya, talassemiyalı xəstələrin hamısı dövlətin qayğısı ilə əhatə olunub. Minilliyin hədəflərindən biri ana-uşaq ölümünün azaldılmasıdır ki, Azərbaycan səhiyyəsinin bu istiqamətdə gördüyü işlər beynəlxalq təşkilatlar, Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən müsbət qiymətləndirilir. Bu kimi faktlar deməyə əsas verir ki, ölkədə daha genişmiqyaslı sosial siyasətin həyata keçirilməsi səhiyyənin inkişaf etdirilməsi ilə paralel əhalinin sağlamlığının qorunmasına zəmin yaradıb.
Etiraf edilməlidir ki, Azərbaycanda ən yüksək elmi biliyə malki tibb mütəxəssislərinin sayı kifayət qədərdir. Azərbaycan insanının sağlamlığının keşiyində duran bibb işçiləri həmişə fors-major hallarda öz fədakarlıqları ilə fərləniblər. Öz işini sevməklə yanaşı, insanlara can yandıran, işinin məsuliyyətini dərindən dərk edən həkimlərimiz daim insanların keyində durublar. Ölkədə koronavirusa qarşı mübarizə çərçivəsində də həkimlərimiz daşıdığı şərəfli, məsuliyyətli həkimlik peşəsinin öhdəsindən böyük əzmlə, inamla gəlməyə çalışırlar. Məhz bu amili nəzərə alan dövlət başçısı tibb işçilərinin əməyini qiyətləndirərək onlarınn əmək haqqının artırılması ilə bağlı sərəncam imzalayıb. Onu da qeyd edək ki, dövlət başçısının tibb işçiləri ilə bağlı bu sərncamı ilk deyil. Prezident İlham Əliyev tərəfindən zaman-zaman Azərbaycan səhiyyəsinin inkişafındakı xidmətlərinə görə, tibb işçiləri fəxri adlar, orden və medallarla təltif olunublar. Ölkə rəhbərliyinin imzaladığı məlum sərəncamın qayəsində Azərbaycan vətəndaşı, onun həyat səviyyəsinin yüksəldilməsi dayanır. Bu baxımdan da Azərbaycanda dövlət quruculuğu və islahatlar kursunun birbaşa insan kapitalına xidmət etməsi məsələsinin qoyulması böyük uğur kimi dəyərləndirilməlidir.
Alim
Olaylar.az