Azərbaycan dövləti hər bir azərbaycanlının yanındadır -TƏHLİL

Koronavirusla mübarizə çərçivəsində xaricdə yaşayan soydaşlarımızla qurulan iş belə deməyə əsas verir

Azərbaycan dövləti, onun prezidenti Cənab İlham Əliyev bütün situasiyalarda, ən çətin məqamlarda belə öz vətəndaşına sahib çıxıb, onun qayğısına qalıb, üzləşdiyi bu və ya digər problüemin həllinə çalışaraq onun yoluna qoyulmasına nail olub. Bir növ dövlətin, hakimiyyətin, ona rıəhbərlik edən liderin fəaliyyət istiqamətinə, prioritetinə çevrilən bu məqsəd, vəzifə, ona sadiqlik hələ 2003-cü ildə ali tribunadan bütün Azərbaycan xalqına, dünyada yaşayan hər bir azərbaycanlıya agah edilib, duyurulub. Hələ 2003-cü ildə ilk dəfə Azərbaycana prezident seçilərkən Cənab İlham Əliyev bəyan etmişdi ki, mən hər bir azərbaycanlının prezidenti olacaq. Ötən 17 ilə yaxın müddət ərzində Cənab Prezident öz fəaliyyətini, həyata keçirdiyi uğurlu siyasi kursla bunu sübut edib, təsdiqləyib. Necə ki, dünyanın fərqli ölkələrində yaşayan soydaşlarımızın üzləşdiyi ən xırda problemə belə dövlət, dövlət başçısı səviyyəsində reaksiya bildirilib, onun həllinə nail olunur, eləcə də hər birimizin ən həssas və çətin sınaq dövründə yaşadığımız bu günlərdə də dövlət, dövlət başçısı hər bir azərbaycanlının yanındadır. Dünyanın harasında yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı dövlət başçısının diqqət və qayğısını hiss edir, onu öz yanında hiss edir. Elə son günlər dünyanı bürüyən öldürücü koronavirus olayı da bu faktı bir daha təsdiqlədi. Ayrı-ayrı ölkələrdə yaşayan, təhsil alan tələbələrimiz, gənclərimiz, yaxud səfərdə olan soydaşlarımızın həmin ölkələrdə geniş yayılan koronavirusdan qorunmaq üçün Vətənə qayıdışı təmin edildi. Hazırda da bu proses uğurla davam etməkdədir.  Məlumat üçün qeyd edək ki, bu istiqamətdə lazımı qurumlar da səfərbər edilib. Belə ki, dünyanın bir çox ölkələrində koronavirusun yayılması ilə əlaqədar Dövlət Komitəsində yaradılan operativ qərargah 24 saat işləyir.

Xaricdə yaşayan azərbaycanlılarla əlaqəni daha da möhkəmləndirmək üçün bir neçə gündür yaradılan www.diaspora.support və [email protected] ünvanları aktivdir. İndiyə qədər bu elektron ünvanlarına xaricdən onlarla müraciət daxil olub və müraciətlər operativ cavablandırılıb. Soydaşlarımız www.diaspor.gov.az saytına daxil olaraq qeyd olunan məsələlərlə bağlı ətraflı məlumat ala bilərlər.

Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi dünya azərbaycanlılarına müraciət edərək bildirir ki, dünyanın bir çox ölkələrində virusun yayılması ilə əlaqədar Dövlət Komitəsi Azərbaycanlıların Koordinasiya Şuraları, Azərbaycan evləri, diaspor təşkilatları və fərdi şəxslər vasitəsilə xaricdə yaşayan soydaşlarımızla bağlı mütəmadi olaraq informasiyalar əldə edir, onların vəziyyəti ilə maraqlanır, maarifləndirici tövsiyələr verir və bütün mümkün vasitələrdən istifadə edərək soydaşlarımıza mənəvi dəstək olmağa çalışır. Xüsusilə də, virusun geniş yayıldığı, xeyli sayda azərbaycanlının məskunlaşdığı və təhsil aldığı ölkələrdə yaşayan həmvətənlərimiz Azərbaycan dövlətinin, o cümlədən Dövlət Komitəsinin diqqət mərkəzindədir.

Paralel olaraq xaricdəki soydaşlarımızla işin təşkili, onların zərurət yarandığı təqdirdə Azərbaycana gəlməsini təmin etmək məqsədilə dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən Azərbaycan diasporunun Koordinasiya Şuraları da ciddi rejimdə işləyir və onlara ünvanlanan müraciətlər operativ şəkildə cavablandırılır.  Dünyanın bir çox ölkələrində koronavirusun yayılması ilə əlaqədar Diasporla İş üzrə Dövlət Komitəsi xaricdə yaşayan soydaşlarımızla mütəmadi əlaqə saxlayır, bütün vasitələrdən istifadə edərək onları məlumatlandırır və soydaşlarımızın müraciətləri operativ cavablandırılır. Qeyd etdiyimiz kimi pandemiya təhlükəsinin yaratdığı vəziyyətlə bağlı Dövlət Komitəsində yaradılan operativ qərargah 24 saat işləyir. Xaricdə yaşayan azərbaycanlılarla əlaqəni daha da möhkəmləndirmək məqsədilə yaradılmış www.diaspora.support və [email protected] ünvanları aktivdir. İndiyə qədər Qərargaha 100-dən çox müraciət daxil olub və operativ şəkildə cavablandırılıb.

Xaricdə yaşayan hər bir azərbaycanlı, eyni zamanda onların ölkəmizdə olan yaxınları günün istənilən saatında Koordinasiya Şuraları, Azərbaycan evləri və Qarabağ məktəblərinə müraciət edərək lazımi məlumatları əldə edə və onları narahat edən məsələlərlə bağlı informasiya verə bilərlər. Mövcud vəziyyətlə əlaqədar olaraq, soydaşlarımıza hər cür mənəvi və informasiya dəstəyini təmin etmək məqsədilə dünyanın müxtəlif ölkələrində olan Azərbaycanlıların Koordinasiya Şuraları, Azərbaycan evləri və Qarabağ adlı Azərbaycan məktəbləri 24 saat fəaliyyət göstərir.

Məhəmməd

Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31