“Aparılan siyasət ölkə vətəndaşlarının sosial rifahının yüksəlməsinə xidmət edir” – Şərh

“Aparılan siyasət ölkə vətəndaşlarnın sosial rifahının yüksəlməsinə xidmət edir” – Şərh

"İqtisadi imkanlar geniş və yüksək inkişafda olduğu təqdirdə sosial mühitdə geniş islahatların aparılması mümkün hesab edilir. Ötən il həyata keçirilən islahatlar sosial sahəyə də şamil edilmişdir. Ölkə prezidenti cənab İlham Əliyev tərəfindən xüsusi sosial paketlər imzalanmış və hökumət tərəfindən həyata keçirilmişdir. Tətbiq edilən layihələr əsasında respublikamız pensiya təminatının alıcılıq qabiliyyətinə görə MDB məkanında birinci yerdə qərarlaşdırılmışdır. Bütün pensiyalar 16.6% indeksləşdirilmiş, orta aylıq pensiya 300 manat üzərində qərarlaşdırılmışdır. Qeyd edilən layihələrin nəticəsi yanlız pensiya sahəsində deyil, sosial müavinat alan ailələrdə, şəhid ailələrində eləcə də gənclər sahəsində əks olunur. Ünvanlı yardım proqramından yararlanan ailələrin say göstəricisidə ciddi şəkildə artırılmış 40 min ailə 72 min ailə olmuşdur. Bu iqtisadi sahədə əldə edilən, adambaşına düşən iqtisadi göstəricilərin yüksək qərarlaşmasından da asılıdır. Bu ailələrin artırılması haqqında yeni layihələr də hazırlanıb həyata keçiriləcəyi haqqında hədəf qəbul edilmişdir.

Keçən il ərzində ölkə prezidenti şəhid ailələri ilə görüşmüş, yeni olaraq 1500-ə yaxın evin şəhid və veteran ailələrinə evlərin verilməsi haqqında göstəriş verilmiş idi ki, bu yüksək şəkildə yerinə yetirilmişdir. Respublikanın 52 rayonunda yüksək şəraitli mənzil və fərdi evlər tikilib onların istifadəsinə verilmişdir".

Bu fikirləri Olaylar.az-a siyasi ekspert Əli Miriyev deyib.

O bildirib ki, müzakirə edilən məsələlərdən biri də məşğulluq sahəsi olmuşdur: "Bununla bağlı ciddi problemlər hələ də mövcudluq təşkil etməkdədir. İnsanların işsizlik səviyyəsi hələ də tam ödənilməməkdədir. Xüsusilə neftin qiymətinin düşməsi, iqtisadiyyatımıza olan ciddi təsir nəticəsində bəzi ixtisarlar, bəzi əvəzetmələr formalaşacaqdır. Bununla bağlı ölkə lideri nazir Sahil Babayevə məşğulluq sahəsində tədbirlərin görülməsi yeni layihələrin hazırlanmasını tapşırmışdır.

İlham Əliyev qanunsuz iş saatlarının artırılması, vətəndaşların qanunsuz şəkildə işə cəlb olunmasını da qeyd etmiş, monitorinq aparılmasını tapşırmışdır. O eynilə yerli icra və idarə rəhbərlərinin zamanından əlavə insanları iş fəaliyyətinə cəlb edilməsini sərt tənqid etmişdir. Ölkə prezidentinin fikrini belə şərh etmək olarki - kimliyindən asılı olmayaraq heçkim vətəndaşı əzə bilməz".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31