Koronavirusa qarşı mübarizə bütün istiqamətlərdə həyata keçirilir -MÖVQE

Bütün dünyanı ciddi təhdid edən və hər bir insan üçün real təhlükəyə çevrilən öldürücü koronavirus geniş yayılmaqdadır. Nə qədər təəssüf hissi ilə qeyd etsək də, artıq virus Azərbaycan sərhədlərini də aşıb və virusa tutulan azərbaycanlıların sayı artır. Bu arada Azərbaycan Hökuməti, eləcə də Nazirlər Kabineti yanında yaradılmış Operativ Qərargah əhalinin virusdan qorunması, onun qarşısının alınması istiqamətində lazımı tədbirlər görür, əhali, vətəndaşlar müntəzəm olaraq bu məqsədləı maarifləndirilir.  Bu arada digər müvafiq nazirlik və qurumlar da koronavirusa qarşı mübarizə tədbirləri çərçivəsində lazımı addımları atırlar. Məsələn, Müdafiə Nazirliyi virusa qarşı mübarizə təbdirləri çərçivəsində əsgərlərin valideynləri ilə görüşlərinə məhdudiyyət tətbiq edib. Eyni zamanda Ədliyyə Nazirliyi yanında Penitensiar Xidmətinin müəssisələrində koronavirus təhlükəsi ilə əlaqədar məhkumlarla görüş və sovqat qəbulu dayandırılıb. Məsələ ilə bağlı fikirlərini ifadə edən hüquqşünas Əli İbrahimov bildirib ki, bu gün məhkum və həbs edilmiş vətəndaşlarımızı və əcnəbiləri virusa yoluxmaq təhlükəsindən qorumaq məqsədi ilə Penitensiar Xidmətin müəssisələrində sanitar-epidemioloji, profilaktik və izahedici tədbirlər həyata keçirilir. Onun sözlərinə görə, bu gün cəzaçəkmə müəssisələrində məhkumların saxlanma şəraiti, onların hüquqlarının qorunması və digər problemlərin həlli dövlətimizin diqqət mərkəzindədir: "Dövlətlə yanaşı, beynəlxalq təşkilatlar da məsələyə diqqətlə yanaşır. Son illər məhkumların keyfiyyətli qida və qab-qacaqla təminatında çox əhəmiyyətli dəyişikliklər edilib. Təmizliyə ciddi fikir verilir. Bu da mühüm irəliləyişlərdən biridir. Personalın da əmək şəraiti və peşəkarlığı da Ədliyyə Nazirliyi tərəfindən diqqət mərkəzində olub. Azərbaycanda aparılan penitensiar islahatların əsas istiqamətlərindən biri də budur ki, 1997-ci ildən 2020-ci ilə qədər ölümün səviyyəsi 70 dəfə azalıb. Digər tərəfdən məhkumların vərəmdən və digər yolxucu xəstəliklərdən müalicəsi ilə bağlı irəliyə doğru addım var. Vərəmə və digər yolxucu xəstəliklərə qarşı müalicənin ən müasir üsulları tətbiq olunur. Bu gün müalicə üsulları və tibbi avadanlıqlar MDB və Şərqi Avropa ölkələrinə nümunə göstərilə bilər. Məhkumlar təkcə Penitensiar Xidmətin Tibb Baş İdarəsinin xidmətindən istifadə etmirlər. Bir sıra xəstəlik var ki, onun müalicəsi və diaqnostikası Ədliyyə Nazirliyinin nəzdində fəaliyyət göstərən müalicə müəssisələrində mümkün deyil. Bu baxımdan da həmin məhkumlar digər müalicə müəssisələrinə köçürülür. Bəzi hallarda bir sıra cərrahiyyə əməliyyatı penitensiar sistemdən kənarda baş verir. Bu da məhkumlara olan münasibətlə əlaqədardır". Əli İbrahimov deyib ki,  eyni zamanda dərman preparatlarının təmin edilməsində də xeyli irəliləyiş var: "Bu gün ağ çiyər xəstələrinin müalicəsi ən yüksək səviyyədə həyata keçirilir. Azərbaycan digər ölkələr üçün nümunə olacaq presedent yaradıb. Son 10 ildə cəzaçəkmə müəssisələrində vərəmli və digər yolxucu xəstələrin sayı 40 dəfə, ölüm hallarının sayı isə 70 dəfə azaldılıb. Cəzaçəkmə müəssisələrində məhkum müəyyən xəstəliyə tutulursa, onun müalicəsi cəzaçəkmə müəssisəsinin müalicə müəssisəsində mümkün deyilsə, mülki müalicə xəstəxanalarına müraciət olunur. Buna görə də hər bir vətəndaşımız, Dövlətin qayğısından maksimum dərəcədə yararlanır. Bu isə Prezidentimizin gecə gündüzlü zəhməti hesabınadır. Odur ki, məhkum vətəndaşlarımızın ailələrinin narahatcılığa heç bir əsas yoxdur və inşallah olmayacaqdır".

Əli İbrahimov bu və ya digər xəstəliklər, eləcə də koronavirusa qarşı mübarizənin ən effektli variantının iradə olduğunu söyləyib. Onun sözlərinə görə, iradənin gücünün nə olduğunu hamı bilir: "Bu insanın özünü idarə edə bildiyi və öz arzularına, tamahına güzəştə getmədiyi bir haldır. Amma bəzən iradə keyfiyyətini üzə çıxarmaq olduqca çətindir. Çünki bizim istəklərimiz bizdən daha güclü olur. Bu gün insanlar arasında "biz həyatda cəmi bir dəfə yaşayırıq və hər şeyin dadına baxmaq lazımdır" fəlsəfəsi olduqca məşhurdur. Belə bir fəlsəfənin fonunda olduqca yerinə düşən bir sual ortaya çıxır: Bəs bizə iradə lazımdırmı? İlk baxışda sual çox axmaq səslənir, axı hər bir sağlam düşüncəli insan dərhal cavab verəcək ki, "əlbəttə iradə mütləqdir". Amma bəzən onu özündə inkişaf etdirmək olduqca çətindir. Amma özümüzdə iradə gücünü təkmilləşdirməyi öyrənməkdən öncə, gəlin baxaq ki, iradə ümumiyyətlə nədən ötrü lazımdır. Güclü iradə ilk öncə ona görə lazımdır ki, biz və siz özümüzü insan olaraq hiss edək. İradə keyfiyyətləri nümayiş etdirmək ilə insanlıq arasında nə kimi əlaqə vardır, nəyə görə biz iradəli olaraq daha çox insana bənzəyəcəyik? Çünki iradənin gücü ilk növbədə təfəkkür qabiliyyətləri ilə bağlıdır. O nəinki, pis vərdişlərdən qurtulmaq, məsələn, siqareti tərgitmək, içki içməyi atmaq və s. üçün, həm də yaxşı tərəfə dəyişməkdən ötrü vacibdir. Əlbəttə, özündə iradə xüsusiyyətlərini inkişaf etdirmək, hətta biz pis vərdişləri atıb, yaxşı tərəfə dəyişmək istədikdə belə heç də asan tapşırıq hesab olunmur. Məhz bu məqamda köməyə öz şüurunu, mühakimə qabiliyyətini çağırmaq lazımdır. Nəyə görə? Çünki iradə qabiliyyətini inkişaf etdirmək üçün bir tək şiddətli istək və təşəbbüskarlıq kifayət etmir. Lakin, düzgün hərəkət etmək istəyi zəif düşəndə, ağlımızın səsi bizə deyir ki, bunu etməsək bizim heyvandan heç bir fərqimiz olmayacaq, onda ağlımız bizi hər şeyə rəğmən düzgün hərəkət etmək qərarını verməyə məcbur etməlidir. Heç kəs zəif, iradəsiz və hər hansı bir qərar qəbul etmək iqtidarında olmayan insanları sevmir, onlardan xoşlanmır. Onlar hətta müəyyən bir qərar qəbul etsələr də bu qərarı gerçəkləşdirməyə iradələri kifayət etmir. Hər dəfə enerjiniz tükənmək üzrə olanda özünüzə xatırladın ki, siz zəif insan deyilsiniz və onda düzgün hərəkət etməklə bağlı qərar qəbul edin".

Süleyman

Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31