Deputatların veb səhifələri yaradılacaq

Deputatların veb səhifələri yaradılacaq

Yaxın müddətdə Milli Məclisin saytı yenilənəcək."Olaylar" ın məlumatına görə, bu barədə parlamentin Elm və təhsil komitəsinin iclasında komitə sədri Bəxtiyar Əliyev bildirib. Komitə sədri  deyib ki, parlamentin hər bir komitəsinin ayrıca saytı olacaq. Bəxtiyar Əliyev onu da əlavə edib ki, hər bir deputatın veb səhifələri yaradılacaq: "Bu veb səhifələr vasitəsilə deputatlarla əlaqə qurulacaq, müzakirələr aparılacaq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31