Trampdan koronavirusla bağlı ŞOK ADDIM: Gündəm alt-üst oldu
16 Mart 2020 08:46 SiyasətPrezident Donald Tramp Almaniyaya məxsus "CureVac" şirkətinə koronavirusa qarşı peyvənd fəaliyyətlərini ABŞ-da davam etdirməsi üçün külli miqdarda pul təklif edib.
Publika.az xəbər verir ki, bu barədə "Welt am Sonntag" qəzeti Almaniya hökumətindəki mənbəyə istinadən belə iddia ilə çıxış edib. İddialara görə, "Ağ ev" rəhbəri Dövlət Departamenti vasitəsiylə şirkətə ABŞ-dakı xəstələr üçün xüsusi peyvənd hazırlamasını və bu dərmanın təkcə Vaşinqtonun əlində olmasını təklif edib.
Məsələ barədə açıqlama verən şirkət nümayəndələri iddiaları təkzib edib. Almaniya hökuməti isə hələlik rəsmi açıqlama verməyib.
Qeyd edək ki, iddialarda yer alan ABŞ-ın peyvəndə nəzarəti öz əlində saxlaması barədə planları bəzi dairələrə tərəfindən ciddi etirazla qarşılanıb.