Azərbaycan öz ərazisini koronavirusun yayılmasından etibarlı qorumağı bacarır -Təhlil
13 Mart 2020 15:36 SiyasətBu gün bütün dünya öldürücü koronavirusla baş-başa qalıb desək yanılmarıq. Artıq onlarla ölkə bu virusdan ciddi əziyyət çəkməkdədir. Virusun ən çox ziyan vurduğu ölkələr Çin, İran və İtaliyadır ki, bu ölkələrdə hər gün onlarla, bəzən isə hətta yüzlərlə koronavirusa yoliuxmaq halı, eyni zamanda ölüm faktı qeydə alınır. Hazırda dünya səhiyyəsi demək olar ki, bu virusun qarşısında aciz durumdadır. Yalnız müəyyəm qabaqlayıcı tədbirlər, görülən profilaktik işlərlə onun təsirini azaltmaq, geniş arela yayılmasını önləmək mümkün olur ki, buna da kifayət qədər həm maddi vəsait, həm də vaxt və insan potensialı tələb olunur. Bu baxımdan Azərbaycanda vəziyyətin digər ölkələrə nisbətən qənaətbəxş olduğunu deyə bilərik. Hələ virusun ilk yayılma nöqtəsi, Çinin Vihan şəhərinin olduğu və tədricən virusun digər ölkələrə yayılma təhlükəsi meydana gələrkən bu təhlükəyə qarşı ilk hərəkətə keçən məhz Azərbaycan oldu desək yanılmarıq. Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin bir müddət əvvəl imzaladığı sərəncam əsasında koronavirusa mübarizə məqsədilə maliyyə vəsaiti ayrıldı. Sonradan virusun cənub qonşumuz İran İslam Respublikasında geniş yayılması bu istiqamətdə qabaqlayıcı tədbirlər və mübarizə metodlarının daha geniş miqyasda aparılması zəruriliyini önə çıxardı və bu zərurətdən irəli gələrək ötən müddətdə ölkə ərazisində kifayət qədər geniş masştablı tədbirlər həyata keçirildi. Bütün təhsil müəssisələrində tədrisin müvəqqəti dayandırılması, kütləvi tədbirlərin ləğvi, əhalinin gündəlik istifadə etdiyi ictimai nəqliyyat vasitələrində profilaktik tədbirlərin, dezinfeksiya işlərinin aparılması həyata keçirilən tədbirlər planının tərkib hissəsi idi. Elə məhz görülən bu kimi müsbət işlər və həyata keçirilən tədbirlərin nəticəsidir ki, bu gün Azərbaycanda koronavirusu o qədər də təhlükəli həddə çatmayıb. Baxmayaraq cənub qonşumuz İran hazırda da bu virusdan ciddi əziyyət çəkir, buna rəğmən Azərbaycan tərəfinin həyata keçirdiyi qabaqlayıcı tədbirlər nəticəsində bu təhlükəni qismən önləyə bilib. Burada xüsusilə İran İslam Respublikası ilə sərhəddə yaradılmış səyyar tibb məntəqələri və İrandan Azərbaycana gələn şəxslərin ciddi tibbi müayinədən keçirilməsini xüsusi qeyd etmək lazımdır. İranda təhlükənin geniş ərazini əhatə etdiyi ilk gündən sərhəd buraxılış məntəqələrində quraşdırılan səyyar tibb məntəqələri, eləcə də orada yaradılan yüksək tibbi şərait aparılan qabaqlayıcı tədbirlərin effektivliyini artıran məqamlardan idi. Təsadüfi deyil ki, bütün bu tədbirlər Ümumdünya Səhiyyə Təşkilatlnın da diqqətindən kənarda qalmır və rəsmi Bakının bu istiqamətdə həyata keçirdiyi tədbirlər, atdığı addımlar yüksək dəyərləndirilir. Belə ki, Ümumdünya Səhiyyə Təşkilatının saytında qurumun missiyasının Azərbaycana səfəri barədə məlumat verilir və ölkəmizin koronavirsusun yayılmasının qarşısının alınması istiqamətində həyata keçirdiyi tədbirlər, həmçinin bu təşkilatla əməkdaşlığı təqdir olunur. Təşkilatın açıqlamasında xüsusi olaraq qeyd edilir ki, bu günə qədər, Azərbaycan COVID-19-un az sayda idxalını təsdiqləyib. Ölkə İranla bir sərhədi bölüşür, burada COVID-19 ilə bağlı bir çox hal təsdiqlənib. Azərbaycan infeksiyanın geniş yayıldığı İranla həmsərhəd olsa da, lakin bu öıkə öz ərazisini virusun yayılmasından etibarlı qorumağı bacarır
Burada bir mıəqamı da xüsusi olaraq qeyd etmək lazımdır ki, Azərbaycan yalnız özünü düşünmür, virusa qarşı mübarizədə beynəlxalq səylərə, ayrı-ayrı dövlətlərin həyata kieçirdiyi tədbirləırə də dəstək olur. Bu baxımdan bir neçə gün əvvəl Azərbaycan Hökumətinin koronavirusa mübarizə məqsədilə İran İslam Respublikasına 5 milyon dollar yardım ayırması da diqqətdən kənarda qalmamalıdır. Həm bu, həm də digər amillərdir ki, Ümumdünya Səhiyyə Təşkilatının dəyərləndirməsində Azərbaycan ÜST-lə səmərəli əməkdaşlıq etdiyi qeyd edilir. Həmçinin o da vurğulanır ki, Azərbaycan hökuməti qonşu ölkələrlə əlaqələli şəkildə COVID-19-un yayılmasının qarşısının alınmasında qlobal səylərə töhfə verir və ÜST-nin strateji hazırlıq və cavab planına 5 milyon ABŞ dolları ayırıb.
Süleyman İsmayılbəyli
Olaylar.az