Deputat: “Parlamentin iclaslarının başlanma saatı dəyişdirilsin”

"Milli Məclisin iclaslarının vaxtında dəyişiklik edilməlidir". "Olaylar"ın məlumatına görə, bunu Milli Məclisin iclasında deputat Elman Məmmədov bildirib. Onun fikrincə, iclas saat 12-də başlayır ki, bu da düzgün deyil: "Saat ikidən dördə isə fasilə elan olunur. İkinci hissə isə 6-da bitir. Mən təklif edirəm ki, iclasın ilk hissəsi saat 10-dan 12-yə qədər davam etsin. Ya da 11-dən birə qədər davam etsin. Daha sonra isə iki saat fasilə verilsin".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31