Millət vəkili: “Bu Paşinyanın işğal altındakı Azərbaycan torpaqlarına axırıncı səfəri olmalıdır”

Millət vəkili: “Bu Paşinyanın işğal altındakı Azərbaycan torpaqlarına axırıncı səfəri olmalıdır”

"Ermənistanın baş naziri Nikol Paşinyan hələ Serj Sərkisyanın prezidentliyi dövründə hazırlanmış hansısa "son dərəcə məxfi" sənədə dayanaraq bildirir ki, ölkəsi iflic, hətta tam dalana dirənmiş vəziyyətdədir. Ermənistanın belə bir vəziyyətdə olduğunu bilmək üçün hansısa gizli sənədə ehtiyac yoxdur". "OLAYLAR" xəbər verir ki, bu fikirləri millət vəkili Sahib Alıyev səsləndirib. Onun sözlərinə görə,  forpostun keçmiş rəhbəri Robert Köçəryanın ötən həftə verdiyi intervüdə də məhz belə bir vəziyyətdən bəhs edilirdi ki, bunun da əsl səbəbi heç kimə sir deyil: "Dağlıq Qarabağ problemi həllini tapmayınca, yəni Ermənistan yeritdiyi işğalçılıq siyasətindən əl çəkməyincə vəziyyət belə də qalacaq, hətta daha da pis olacaq. Əgər Nikol Paşinyan doğurdan da ölkəsini bu dalandan çıxarmaq istəyirsə, onda bu gün Xankəndində edəcəyi çıxışında bunu açıq şəkildə dilə gətirməli və bu onun işğal altındakı Azərbaycan torpaqlarına axırıncı səfəri olmalıdır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31