Avropadakı söyüşcül qrupa sərt reaksiya -ŞƏRH
Avropadakı söyüşcül qrupa sərt reaksiya-ŞƏRH
5 Avqust 2019 13:35 Siyasət"Belə biabırçı namərdlik olmaz, bitirmək lazımdır"
Müxtəlif adlar altında Avropaya sığınan, orada Azərbaycan hakimiyyəti, eləcə də dövlətinə və xalqına qarşı qeyri-sivil, bütün siyasi mübarizə və etik davranış qaydalarına zidd fəaliyyətlər ortaya qoyan "ədalət", "demokratiya" carçılarının bu cür hərəkətləri və mübarizə üsulu cəmiyyət tərəfindən birmənalı olaraq etirazla qarşılanır, pislənilir. Bunu şərtləndirən başlıca amil isə həmin şəxslərin həqiqi ədalət və demokratiya, insan hüquq və azadlıqları uğrunda deyil, Avropadakı antiAzərbaycan qüvvələrin görmək istədikləri "demokratiya", "ədalət" uğrunda mübarizə aparmalarıdır. Həmin mübarizə isə Azərbaycanda xaos, anarxiya, qarşıdurmanın yaranmasına xidmət edir. Yəni Avropadakı antiAzərbaycan şəbəkədən, hətta erməni lobbisindən belə daha çox maliyyə yardımı almaqla Azərbaycana qarşı daha aqressiv olmaq. Vəziyyət o həddə çatıb ki, Avropada ölkəmizə qarşı səlib yürüşünə çıxmış milli xain düşərgəsinin daxilindəki şəxslər antiAzərbaycan şəbəkədən daha çox pul qoparmaq üçün bir-birilərini belə hədəf seçiblər. Hər halda adlarını hüquq müdafiəçisi qoymuş Vidadi İsgəndərli ilə Qurban Məmmədovun son günlər bir-birinə qarşı səsləndirdiyi təhqiredici fikirlər belə deməyə əsas verir. Ümumiyyətlə, düşmən maraqlarına xidmət edən milli xainlərimizinn arasında baş verən bu ilk hadisə deyil. Bundan əvvəl isə Məhəmməd Mirzəli digər "əqidədaşlarına" qarşı ittihamlar səsləndirmiş, onları antiAzərbaycan şəbəkədən alınan pulları mənimsəməkdə günahlandırmışdı. Həmin ərəfədə də milli xainlərin qarşılıqlı ittihamları söyüşə, təhqirə keçmişdi. Hətta vəziyyət o həddə çatmışdı ki, qarşılıqlı təhqirlər ailə müstəvisini belə əhatə edirdi. İndi isə qeyd etdiyimiz kimi eyni hal Vidadi İsgəndərli ilə Qurban Məmmədov arasında davam edir. Millətə demokratiya, azadlıq, insan hüquq və azadlıqları vəd edən bu antimilli ünsürlər bir-birini cinsi təcavüzə qoymaqla hədələyirlər.
Qeyd etdiyimiz kimi Avropada özlərinə sığınacaq tapmış antimilli ünsürlərin bu hərəkətləri birmənalı olaraq hər kəs tərəfindən etirazla qarşılanır. İctimai Tədqiqatlar Mərkəzinin rəhbəri, hüquq müdafiəçisi İlqar Altay deyir ki, bəzi, Vidadi İsgəndərli kimi həmyerlilərimizin, son əxlaqsız yayımı, hərəkətləri təəssüfləndiricidir. Onun sözlərinə görə, bu söyüş "piratları" Avropa müxalif mühacirət qatında sanki, hakimiyyəti götürüb, at oynadırlar: "Məsələyə təhlilli yanaşaq. Bir insanın kimliyi və mahiyyətinin dəqiq müəyyən edilməsi üçün ona özünü göstərməyə sərbəstlik şəraiti yarat. Qısa zaman kəsiyində boşalıb, özü maskasını yırtıb öz kimliyini, içalatını tam ortaya qoyacaq".
İlqar Altay deyib ki, Azərbaycanda özünü müxalif siyasi mələk, gecə-gündüz xalqın, demokratiya prinsiplərinin dərdini çəkən kimi göstərən bəzi həmvətənlərimizin bu, azad və sərbəst Avropa mühitində buraxma-avara keyfiyyəti, tərbiyəsiz və əxlaqsız mahiyyətləri ortaya çıxır: "Aydın olur ki, bu "bəzilər", tarixən abır, qanacaq və mərifət əmsalı üstün xaqımızın lap, üz qaraları imişlər. Sərbəst mühitə düşüb öz həddlərini unudublar.
Oturub-durub bir-birinin ailə-uşağını əxlaqsızca söyüb təhqir edirlər. Arxayındırlar ki, humanist Avropada nə dövlətin, nə ictimai, nə də ki, kriminal mühit qaydalarının cəza tətbiqi var. Özü də bu əxlaqsızlıqları utanmadan, sosial şəbəkələri vasitəsi ilə öz ölkəsinə, xalqına yayımlyırlar. Və bilərək, bu yayımı xalqın uşaq, qız-gəlini izləyir. Təəsüflüsü budur ki, belə iyrənc tərbiyəsizlikdə cavanlara sabiq rektor, prokuror və s. ağsaqqal insanlar da qoşulub". Mərkəz rəhbəri onu da deyib ki, ictimai baxımdan Avropa mühacirət mühitində çox ikrahdoğurucu durum var: "3-5 tanış-dost ilə kifayətlənib hansısa yığıncaq, ya məclisə getməyə ehtiyat edirsən. Belə biabırçı namərdlik olmaz, bitirmək lazımdır. İki gün öncə köhnə bir videoya rast gəldim. Vaxtı ilə Milli Məclisin önündə, xalqın qarşısında çıxış edən prezident Əbülfəz Elçibəyin sözünü kəsib, camaatı öz hərbçi dəstəsi ilə itələyib irəli keçən, ayağını bardürə qaldırıb, "mən belə getsə hərbi vəziyyət elan edib, hakimiyyəti götürəcəm" deyən müdafiə nazirinin bir saymaz, buraxma, tərbiyəsiz hərəkətni gördüm. Dövlət başçısı və həm minlərlə xalqa həqarətlə çox yəqin ki, Elçibəyin humanist yumşaqlığı və dövlətçilk təcrübəsizliyi ucbatından hakimiyyət içində aparıcı postlara dürtülmüş bu cür, nizam qaydasız-sistemsiz, ölkə anlayışsız, hakimiyyəti çökdürən kadrlar az olmayıb. Və çox yəqinki bu günkü siyasi müxalifət içində də belə avara, amma siyasi məqam və bir də ki, onları iqtidara daşıyacaq Elçibəy kimi xarizmatik və fağır lider gözləyənlər az deyil. Avropadan bunlar görünür".
Məhəmməd