Erməni general Qarabağda: təmas xəttinə gəldi
Erməni general Qarabağda: təmas xəttinə gəldi
2 Avqust 2019 14:26 SiyasətErmənistan ordusunun Baş Qərargah rəisi general-leytenant Artak Davtyan yenidən Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ ərazisinə gəlib.
Olaylar.az xəbər verir ki, Davtyan Qarabağda təmas xəttində yerləşən hərbi hissədə olub. Onu burada qondarma rejimin "müdafiə naziri" general-mayor Karen Abramyan müşayiət edib.
Qeyd edək ki, bu, Davtyanın son 1 ay ərzində Qarabağa ikinci səfəridir. O, sonuncu dəfə Qarabağda iyulun 3-də olub.
axar.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31