"Sevan gölünün fəlakəti müasir erməni idarəçilərinin səmərəliliyinin vacib göstəricilərindən biridir"- Mübariz Əhmədoğlu

"Sevan gölü mövzusu uzun illərdir müxtəlif prizmalardan müzakirə mövzusudur. Hətta bu göldən Azərbaycana ildə 1,5 milyard m3 su axdığını iddia edən rəsmilər, siyasilər mövcuddur". Bunu Olaylar.az-a politoloq Mübariz Əhmədoğlu bildirib. "İndi Sevan gölü ekoloji fəlakət qarşısındadır. Baş nazirin müavini T.Avinyanın fikrincə, Ermənistan Sevanı itirə bilər. Bəzi ekspertlərə görə Sevan problemi Ermənistan üçün Dağlıq Qarabağ problemi qədər vacibdir.

Aparılan tədqiqatlara görə Sevan  gölünün suyu nəinki içmək, hətta cimmək üçün yararsızdır. Sürətlə artan yosunlar suyu zəhərləyib. Sevan gölündə ekoloji faciənin əsas səbəblərindən biri Ermənistanın izolyasiya vəziyyətində olmasıdır. 

Ekoloji böhranın qarşısını almaq adı ilə beynəlxalq maliyyə qurumlarının külli miqdarda qrantı yeyilib. Ermənilər indi də qrant axtarışındadırlar. Aİ 5 milyon avro ayırdı. Ermənilər isə öz pullarını Rusiyadan SU-30SM almağa verdilər.

Sevan gölündəki ekoloji fəlakətə tamam ayrı prizmadan da yanaşmaq mümkündür. Bu, müasir  erməni idarəçilərinin səmərəliliyinin vacib göstəricilərindən biridir. 10 il bundan öncə İran Sevan gölünün suyunu kəmər vasitəsilə öz ərazisinə daşımaq istəyirdi. Çünki İranın şəhərləri, o cümlədən paytaxt Tehran ciddi su qıtlığı ilə üzləşiblər. Ermənistan buna razılıq vermədi. Sonradan bir müddət bəzi Ərəb dövlətləri bu yöndə danışıqlar apardılar. Əslində Sevan gölünün suyu İrana və yaxud İran vasitəsilə Ərəb dövlətlərinə daşınsaydı Ermənistan üçün də Sevan gölünün suyu Azərbaycan nefti qədər gəlirli olacaqdı. Ermənistan üçün də Sevan gölünün suyu Azərbaycan üçün nefti qədər əhəmiyyətlidir. Azərbaycan neftini dünya bazarına çıxarmağı bacardı, ermənilər Sevan suyunu sata bilmədi. Ermənilər Sevanın suyunu qoruya da bilmirlər".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31