Qazaxıstan və İran nümayəndə heyətləri ilə görüşlər keçirilib
Qazaxıstan və İran nümayəndə heyətləri ilə görüşlər keçirilib
31 İyul 2019 12:18 SiyasətAzərbaycan Hərbi Dəniz Qüvvələrinin komandanı vəzifəsini icra edən 1-ci dərəcəli kapitan Zaur Hümmətov iyulun 30-da Qazaxıstan Hərbi Dəniz Donanmasının nümayəndəsi 1-ci dərəcəli kapitan Kanat Niyazbekovun və İran İslam Respublikası Hərbi Dəniz Qüvvələrinin nümayəndəsi 1-ci dərəcəli kapitan Hüseyn Həsəninin rəhbərlik etdikləri nümayəndə heyətləri ilə görüşlər keçirib. "OLAYLAR" Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, görüşlərdə Azərbaycanın Xəzər dənizindəki ərazi sularında "Beynəlxalq Ordu Oyunları-2019" yarışları çərçivəsində keçiriləcək "Dəniz Kuboku" müsabiqəsinin təşkilinə dair fikir mübadiləsi aparılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31