Səfir Məmməd Əhmədzadədən italyan qəzetinə Ermənistanın ölkəmizə qarşı hərbi təcavüzündən danışdı

Səfir Məmməd Əhmədzadədən italyan qəzetinə Ermənistanın ölkəmizə qarşı hərbi təcavüzündən danışdı

YUNESKO-nun Dünya İrs Komitəsinin 43-cü sessiyasının Azərbaycanda uğurla keçirilməsi və bunun İtaliya mətbuatında geniş əks-səda doğurmasının ardınca İtaliyanın "Linkiesta" qəzetində erməni propoqandasının təsiri altında "Azərbaycan çox dəyərli arxeoloji əraziləri dağıdır və YUNESKO bunu alqışlayır" başlıqlı erməni tərəfinin yalan və uydurma məlumatlarına əsaslanan təxribatçı məqalə dərc olunub. Bununla bağlı Azərbaycanın İtaliyadakı Səfirliyi qəzetin redaksiyasına etiraz məktubu yollayaraq erməni tərəfinin maraqlarına xidmət edən bu məqalədəki məlumatların yalan və uydurma olduğunu, məqalənin müəllifinin Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünü görməzdən gəldiyinin anlaşılmaz olduğunu bildirib.

Səfirlikdən Olaylar.az-a bildirilib ki, 'Linkiesta" qəzeti Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadədən geniş müsahibə götürüb. Müsahibəsində Azərbaycan diplomatı qəzetin suallarına cavab olaraq, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin kökləri, münaqişənin tarixi, Ermənistanın ölkəmizə qarşı hərbi təcavüzünün nəticələri, qeyd olunan məqalənin hansı səbəblərdən erməni propoqandasına xidmət etdiyi, erməni lobbisinin ölkəmizə qarşı apardığı çirkin kampaniya və bunun tərəfimizdən ifşa olunması, Azərbaycanın multikulturalizm modeli, Azərbaycan-YUNESKO əməkdaşlığı, münaqişəsinin nizamlanmasına dair beynəlxalq hüquqi-normativ baza və münaqişənin həlli ilə bağlı ölkəmizin mövqeyi barədə danışıb.

Müsahibə ilə aşağıdakı keçiddən tanış olmaq mümkündür: https://www.linkiesta.it/it/article/2019/07/29/azerbaigian-armenia-djulfa-unesco/43019/

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31