Ermənistan ordusu DSX-nin tibbi avtomobilini atəşə tutub- FOTOLAR
Ermənistan ordusu DSX-nin tibbi avtomobilini atəşə tutub- FOTOLAR
29 İyul 2019 15:18 SiyasətAzərbaycan-Ermənistan dövlət sərhədində təmas xəttində yerləşən Dövlət Sərhəd Xidmətinin sərhəd döyüş mövqelərinə qarşı düşmən tərəfinin təxribatları davam etməkdədir.
Olaylar.az bildirir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi məlumat yayıb.
İyulun 28-i saat 22:00 radələrində döyüş mövqelərimiz və arxa istiqamətdə hərəkətdə olan hərbi nəqliyyat vasitələrimiz düşmən tərəfindən növbəti dəfə atəşə tutulub.
Düşmən snayperləri tərəfindən açılan güllələr üzərində "Hərbi tibbi yardım" sözləri yazılan və qızıl aypara nişanının təsviri olan UAZ markalı avtomobilə dəyib.
Düşmən snayperlərinin atəş nöqtələri cavab atəşilə susdurulub.
.jpg)


Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31