"Əli Kərimli ictimaiyyətimiz üçün üz ləkəsidir"

"Əli Kərimli ictimaiyyətimiz üçün üz ləkəsidir"

"Əli Kərmilinin müxtəlif cinayətlər səbəbi ilə cərimə olunmuş şəxslərə yardım adı ilə xeyriyyə marafonu təşkil etməsi qanuna zidd olmaqla yanaşı, ictimaiyyətimiz üçün üz ləkəsidir".

Bu fikirləri Olaylar.az-a siyasi ekspert Kənan Paşayev deyib.

O bildirib ki, Əli Kərimlinin məqsədi ölkəmizdəki ədliyyə, prokurorluq, məhkəmə və daxili işlər orqanlarını gözdən salmaq, eyni zamanda cinayətkarlıq əməllərini ölkə gəncləri arasında yaymaqla ajotaj yaradıb, dövləti gözdən salmaqdır: "Görünür, son zamanlarda ölkəmizdə minimum aylıq əmək haqqlarının, maaşların artırılması, uğurlu kadr islahatlarının aparılması qarşılığında Əli Kərimli xaricdən onu maliyyələşdirənlərinin qarşısında üz aşağı olmamaq üçün bu addımı atıb. Lakin, hər zaman qeyd etdiyim kimi bu cür addımlar özünü müxalifət adlandıran satqınlar tərəfindən atılan boş addımlardır. Azərbaycan dövləti bu cür kiçik təxribatlarla sarsılmayacaq qədər güclü, Azərbaycan xalqı bu cür yalançı kompaniyalara inanmayacaq qədər püxtələşmiş xalqdır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31