İlham Əliyev AYB-yə 3 milyon ayırdı – Sərəncam
İlham Əliyev AYB-yə 3 milyon ayırdı – Sərəncam
28 İyun 2019 17:39 SiyasətAzərbaycan Respublikası Prezidenti İlham Əliyev Azərbaycan Yazıçılar Birliyi üzvlərinin yaradıcılıq şəraitinin yaxşılaşdırılması tədbirləri haqqında sərəncam imzalayıb.
Olaylar.az sərəncamın mətnini təqdim edir:
1. Yazıçılar Birliyinin Şüvəlandakı Səməd Vurğun adına Yaradıcılıq Evinin rekonstruksiyası və təmiri üçün Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə ilkin olaraq 3,0 (üç) milyon manat ayrılsın.
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31