"Əli Kərimlinin əməllərinə ən yumşaq halda təxribatçılıq, araqarışdıranlıq demək olar"

"Əli Kərimlinin sözdə "xeyriyyə marafonu", əməldə isə qanun pozuculuğunu dəstyəkləyən təxribatçı addımları normal düşüncəli ictimai rəy tərəfindən qınanılır". Bu fikirləri Olaylar.az -a "Səs" nqəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev AXCP sədri Əli Kərimlinin təxribatçılıq əməlini şərh edərkən deyib.

Onun sözlərinə görə, əgər bir partiya sədri qanun pozuculuğuna görə cərimələnmiş şəxsləri öz təbirincə müdafiə edirsə, demək onun özü də cinayət tərəfdarı rolunda çıxış edir: "Əlbəttə ki, bu yolverilməz bir haldır. Özünü və partiyasını müxalifətin "anası" kimi zorla xalqa sırımağa cəhd edən Kərimlinin hüquqazidd çağırışları, qanunu və asayişi qoruyan polisə qarşı müqavimət göstərmək kimi səslənişləri əsassızdır. Heç bir məntiqə sığmayan bu kimi addımlara qarşı cəmiyyət də ikrah hissi bəsləyir. Necə ola bilər ki, bir insan qanunları pozsun və ona qarşı müvafiq cəza tətbiq edilsin, cərimə cəzaları verilsin, özünü partiya sədri kimi təqdim edən adam da qanunsuzluğu dəstəkləməklə yanaşı, həm də qanunsuzluq çağırışları etsin? Əlbəttə ki, Əli Kərimlinin əmələrinə ən yumşaq halda təxribatçılıq, araqarışdıranlıq demək olar. Çünki bu gün Azərbaycanda olan sabitlik bir çox ölkələrdə yoxdur və bu sabitliyi təmin edən dövlətimizə qarşı qısqananlar, hətta düşmənçilik mövqeyi sərgiləyənlər də var. Əli Kərimli kimi xainlər isə həmin düşmənlərin dəyirmanlarına məhz bu kimi vasitələrlə su tökməyə çalışırlar". "Düşünürəm ki, AXCP sədri və ətrafının sosial şəbəkələr üzərindən, yaxud keçirdiyi toplantılarında bənzər qanunsuzluqlara yol verməsi müvafiq strukturlar tərəfindən diqqətdə saxlanılmalıdır", deyən Bəhruz Quliyev həmçinin qeyd edib ki, Azərbaycan hüquqi dövlətdir və heç kimin ixtiyarı, hüququ yoxdur ki, ölkəmizdə təxribatçılıq törədib, qeyri-sabitliyə əl atsın, ya da sabitliyi pozaraq cəza alanlardan saxta qəhrəmanlar düzəltsin: "Xalqın gözü tərəzidir və xalq Əli Kərimli kimi araqarışıdıran siyasətbazın təxribatçı əməllərinə əlbəttə ki, "yox" deyir. Bu tipli ünsürlər bilməlidirlər ki, heç vaxt öz çirkin niyyətlərinə nail ola bilməyiblər, bilməyəcəklər də".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31