Mirmahmud Mirəlioğlu: "Əli Kərimli sosial şəbəkələrin qananı, "təmizi" ola bilər, onun kimi oyunbaz satqını yoxdur"

Mirmahmud Mirəlioğlu: "Əli Kərimli sosial şəbəkələrin qananı, "təmizi" ola bilər, onun kimi oyunbaz satqını yoxdur"

Bu arada, KXCP sədri M.Mirəlioğlunun da AXCP sədri barədə dediklərini xatırlamaq olar. O, hələ bir müddət əvvəl demşidi ki, Ə.Kərimlinin bu manyak "arzusu" bu dəfə onun başında bərk partlayacaq. Məsələn, bu günlərdə Ə.Kərimlinin mərhum Əbülfəz Elçibəyin ruhu qarşısında həyasızcasına hər zamankı kimi yenə də sosial şəbəkədə ortalığa düşüb, özünü "qanan" hesab etməsini görərək, bu "əxlaqsızı cavabsız qoya bilmərəm" deyib cavabını verdi : "Axı sən kimsən ki, ortalığa düşmüsən? Müxalifəti bu günə salan sən oyunbazsan. Ölkədə keçirilən bütün siyasi proseslərdə daha çox siyasi oyunbazlıq və siyasi əxlaqsızlıq nümayiş etdirirsən. Azərbaycan siyasətində sən Ə.Kərimli qədər xəyanətkar görməmişəm".

KXCP sədri, həmçinin Ə.Kərimlini əxlaqsız olduğunu da bildirib: "Mən Ə.Kərimli kimi oyunbazlıq etmirəm, gördüklərimi deyirəm. Siyasətə siyasi əxlaqsızlıq, özündən böyüyə hörmətsizlik etməyi, ayaqaltı qazanlığı, iyrəncliyi, insanlar haqqında çirkin kampaniyalar aparıb ləkələmək kimi işlərin altına imza atan Ə.Kərimlinin bu gün siyasət aləmində qalmasının özü qəribədir. İndi də bədbəxtçilik ondadır, Bala Kərimli peyda olub. Bu məxluqlar başdan-ayağa kimi zəlidirlər. Belələri nəinki cəmiyyətin inkişafına yardımçı ola bilər, əksinə, mümkün qədər cəmiyyətə zərər verməklə məşğul olacaq. AXCP-ni quran, onu ortaya çıxaran və sivil mübarizəsini təşkil edən Əbülfəz Elçibəy idi. Məhz Əbülfəz bəyin sayəsində partiya partiyalılığını qoruyub-saxlamışdı. Amma ona qarşı Ə.Kərimli tərəfindən aparılan kampaniyalar, xüsusən də, iyrənc formada təşkil edilən məlumat yaymalar mahiyyət etibarilə bu şəxsin hansı ləyaqət və şəxsiyyət sahibi olduğunu ortaya qoyurdu. Onun indiyə qədər "xəyanətkar" adlandırdığı şəxslər, əslində, kifayət qədər aydın fikirli insanlar olublar və xəyanətkarın ən yekəsi elə onun özüdür və bu gün Kərimlinin "siyasi mühacir" törəmələri sənin kim əxlaqsıza qarşı çıxırlar. Belə də olmalı idi".

M.Mirəlioğlu onu da bildirib ki, sözügedən şəxs fərdi keyfiyyətlərinə görə də siyasət adamı olmağa layiq deyil: "Fərdi xüsusiyyətlərinə görə, daha çox araqarışdıran missiyasını üzərinə götürmüş, xaricdən aldığı pullar sayəsində şəxsi mənafeyini qorumaq üçün yararlanmaq kimi işlərə baş vuran AXCP sədri bu hərəkətləri ilə özü barədə mənfi reputasiya yaratmağa səbəb olub. Məhz onun intriqabazlığı, hadisələrə obyektiv deyil, qərəzli yanaşma tərzi nümayiş etdirməsi partiyasının məhvinə gətirib çıxarmaqdadır. Xəyanətkarlığı, çirkin hərəkətləri, şərləmə kampaniyaları aparması səbəbindən ən sədaqətli dostları belə onu tərk edərək, ayrı-ayrı partiyalarda fəaliyyət göstərməyə başladılar. Bir sözlə, Ə.Kərimli siyasi arenada qalması isə mahiyyət etibarilə Azərbaycan cəmiyyətinə zərər verməkdən başqa heç də dividend qazandırmır. Ona görə ki, bu cəmiyyət tərbiyyəsi şübhəli, əxlaqı ziddiyyətli olan birini nə qəbul edir, nə də bu cür xəyanətkarları bağışlamağı sevir".

Bir məqamı demək istərdim, əvvəla, kimliyindən asılı olmayaraq, cinayətkar həbs olunmalıdır, bu AXCP sədri yox, hər hansı başqa bir partiya sədri də olsa, məmur da olsa fərqi yoxdur. Qanun hər kəs üçün eynidir. Bəli, həmişə demişəm, bu gün də deyirəm: ən böyük cinayətkar Ə.Kərimlidir... Tarixə nəzər yetirək: 2003-cü ildə dərs çıxarmağa məcbur olduğunuz hadisələr baş verdi. Ə.Kərimli, İ.Qəmbər evlərində oturdular, qapılarını bayırdan qıfılla bağlatdırıb, mürəbbəli çay içirdilər. Bəs bu zaman "Azadlıq" meydanında nə baş verirdi? Bu iki şəxsin pul verib öyrətdiyi, anti-azərbaycançı, terrorçu, ermənipərəst insanlar şəhərimizi dağıtmağa cəhd göstərdilər. Dükanların vitrinlərini, şüşələrini sındırdılar, avtobusların təkərlərini partladıb şüşələrini sındırdılar, insanları döydülər. Bu adamların hamısı qanunla öz layiqli cəzalarını aldılar. Ə.Kərimli, İ.Qəmbər, həqiqətən də, müxalifət "lider"ləri idilərsə, nə üçün partiyadaşlarının önündə getmirdilər? Nə üçün partiyadaşları şəhərin küçələrində anarxiya yaradanda, özləri mürəbbəli çay içirdilər? Axı danışanda, tarixdən siyasi mübarizə metodlarından danışırlar. "Lider"iniz önünüzdə olmalı deyildimi? Niyə qaçıb gizlənmişdi?

Bəli, hər şeyin öz zamanı var, bütün cinayətkarların da qanun qarşısında dayanacağı vaxt var. O zamana az qalıb. Bir gün Ə.Kərimli də qanun qarşısında dayanacaq, bu cəbhəçilərə indi gülməli gəlsə də, ancaq bu, baş verəcək! Sübutlar, dəlillər öz sözünü deyəcək. 1992-ci ildə 26 yaşlı bir gəncin hansı "xidməti"nə görə dövlət katibi olması, Elçibəyin öldürülməsindəki "incə" faktlar, həbs edilən müxalifətçilərin başı üzərindən qazanılan pullar, "siyasi mühacir" və "siyasi məhbus" biznesi vasitəsilə əldə olunan külli miqdarda vəsaitlərin necə əldə olunması araşdırılır, araşdırılmaqdadır. Ancaq bu bir real faktordur ki, Əli Kərimli kimi satqın parazit və əxlaqsızlar nə qədər də Azərbaycan dövlətinin qüdrətlənməsinə, dünyada söz sahibinə çevrilməsinə qarşı çıxış etsələr də elə o çirkab bataqlığında eşələnə-eşələnə qalacaqlar. "İt hürər, karvan keçər" məsəlinə boş yanaşmaq da olmaz. Ona görə də, Azərbaycan iqtidarı dövlətin, millətin maraqlarını heçə sayan, hər kəsi mənəvi terrora məruz qoymağa çalışan Ə.Kərimli və onun kimi anti-milli ünsürlər barəsində sərt ölçü götürməli, cəmiyyətdən təcrid etməlidir və edildi də. Bu, dövlətini, Vətənini sevən hər bir azərbaycanlının sifarişi idi və qanun qarşısında cavab verməli olan əsas ünsür Əli Kərimlidir!

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31