Radikal müxalifətə ismarıc: “Bir az cəsarətli olun. İnsanların sizi tənqid etmək haqqını tanıyın”

Radikal müxalifətə ismarıc: “Biraz cəsarətli olun. İnsanların sizi tənqid etmək haqqını tanıyın”

"Özünü demokratiya fədailəri adlandıran keçmiş komsomolçu Əli Kərimov, Heydər Əliyev haqqında cild-cild kitab yazan "professor" Cəmil Həsənov mənim tənqidlərimə niyə bu qədər aqressiv yanaşırlar? Bəs harada qaldı sizin demokratik dəyərləriniz?" Bu fikirləri "OLAYLAR"-a "Hilal" təşkilatının sədri Arzuman Abdulkərimov səsləndirib. Təşkilat sədri qeyd edib ki,  Əli Kərimli və Cəmil Həsənli öz facebook səhifələrində onu blok ediblər: "Onların paylaşdığı statuslara rəy yaza bilmirəm. Əvəllər onların statuslarına öz tənqidi fikirlərimi bildirirdim. Nə qədər sərt tənqid yazsam da, heç vaxt etik qaydaları pozmamışam. Heç vaxt təhqirə yol verməmişəm. Yox " bəylər" sizdən demokrat olmaz. Çünki uzun illər sizi təbliğ edərək, uğrunuzda məhrumiyyətlərə qatlanan insanlar tanıyıram ki, bir dəfə haqqınızda yumşaq tənqidi yazı yazmaqla bir anın içində həmin insanları vətən xaini, satqın elan etmisiniz". Arzuman Abdulkərimov deyib ki, "demokratlardan" fərqli olaraq İlham Əliyev onu uzun illər tənqid edən insanların fikirlərinə hörmətlə yanaşdığını sübut edib: "Bax əsl demokrat belə olar. Bir az cəsarətli olun. İnsanların sizi tənqid etmək haqqını tanıyın. Əks halda yanınızda olan beş-on adam da sizdən üz döndərəcək".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31