Azərbaycan hərbçiləri Belarusda keçiriləcək hərbi paradda iştirak edəcək
Azərbaycan hərbçiləri Belarusda keçiriləcək hərbi paradda iştirak edəcək
28 İyun 2019 11:57 SiyasətAzərbaycan Ordusunun bayraqdarlar heyəti iyulun 3-də keçiriləcək Belarus Respublikasının Müstəqillik Gününə həsr olunmuş hərbi paradda iştirak etmək üçün Minsk şəhərindədir. "OLAYLAR" Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, hərbi qulluqçularımız digər ölkələrin parad heyətləri ilə birlikdə hazırlıq məşqlərinə başlayıblar.
Qeyd edək ki, hərbi paradda Azərbaycan Ordusunun bayraqdarlar heyəti ilə yanaşı Belarus Respublikası, Rusiya Federasiyası və Çin Xalq Respublikasının parad heyətləri də iştirak edəcəklər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31